Vitse-spiker deputatlara əsəbiləşdi
Bizi izləyin

Nida.az

Vitse-spiker deputatlara əsəbiləşdi

Milli Məclisin vitse-sipkeri Valeh Ələsgərov çıxışı zamanı öz həmkarlarına əsəbləşib.

Teleqraf.com-un xəbərinə görə, o, “Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasi haqqında məsələni təqdim edərkən, iclas zalinda səs-küy yaranmasından narazılığını bildirib: “ Siz hündürdən danışdıqca, mən də səsimi yüksəldəcəyəm. Sonra kimlərinsə qulağına ziyan dəyəcək”.

Çıxışının sakit şəkildə dinlənməsini istəyən vitse-spiker daha sonra sözlərinə bir anlıq fasilə verdi. O, deputatları bir daha səssizliyə çağırdı: “Deyəsən, danışıb sizə mane oluram. Gözləyim, söhbətinizi bitirin. Danışırsınız, bir-birinizin qulağına pıçıldayın, gərək elə bütün zal eşitsin?” deməklə həmkarlarına iradını bildirdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm