İlham Əliyev Rusiya Dövlət Korporasiyasının baş direktorunu qəbul edib
Bizi izləyin

Nida.az

İlham Əliyev Rusiya Dövlət Korporasiyasının baş direktorunu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 20-də Rusiyanın “Rostex” Dövlət Korporasiyasının baş direktoru Sergey Çemezovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.


Baş direktor Sergey Çemezov Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin salamlarını dövlətimizin başçısına çatdırdı. Sergey Çemezov rəhbərlik etdiyi “Rostex” Dövlət Korporasiyasında aparılan struktur islahatları və həyata keçirilən işlər barədə məlumat verdi.


Görüşdə Azərbaycan ilə Rusiya arasında əlaqələrin çox yüksək səviyyədə olduğu bildirildi, müdafiə sənayesi, maşınqayırma, yüksək texnologiyalar, əczaçılıq və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.


Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Rusiya dövlətinin başçısına çatdırmağı xahiş etdi.


APA

Oxumağa davam et
Reklam
Reklam

Gündəm