“Cənab Əliyev dostluğa xüsusi önəm verir”
Bizi izləyin

Nida.az

“Cənab Əliyev dostluğa xüsusi önəm verir”

Azərbaycan Prezidenti İlham Əliyev Moskvada keçiriləcək Böyük Vətən müharibəsində Qələbənin 70 illiyinə həsr olunmuş hərbi paradda və bayram tədbirlərində iştirak edəcək.


“Prezident İlham Əliyev bu tədbirlərdə iştirakla bağlı hələ bir neçə ay bundan öncə Rusiya Federasiyasının Prezidenti Vladimir Putindən dəvət alıb və həmin vaxt Rusiya tərəfinə rəsmi olaraq bildirilib ki, Prezident İlham Əliyev cari ilin may ayının 9-da Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçiriləcək Böyük Vətən müharibəsində Qələbənin 70 illiyinə həsr olunmuş hərbi paradda və bayram tədbirlərində iştirak edəcək”, - deyə Prezidentin mətbuat katibi Azər Qasımov deyib.


Publika.az xəbər verir ki, rusiyalı analitik Vitali Arkov bunu Rusiya və Azərbaycan münasibətlərinin möhkəmlənməsinə xidmət edəcəyini deyib.


“Cənab Əliyev hər şeydən əvvəl ədəbli insan kimi davranır, sonra siyasəti düşünür. Başqa prezidentlərdən fərqli olaraq, o, dostluğa xüsusi önəm verir. Onun hörmətli atası Heydər Əliyev də belə idi. Bu onu göstərir ki, Vladimir Putin ən çətin anlarda İlham Əliyevə bel bağlaya bilər”, - deyə o bildirib.


Politoloq Sergey Markov da Prezident İlham Əliyevin həmin tarixdə Moskvada olmasını pozitiv qiymətləndirib: “İlham Əliyev bununla Rusiya və Azərbaycanın dostluq münasibətlərini təsdiq edir. Hesab edirəm ki, Azərbaycan prezidentinin həmin gün Moskvada olması təkcə ikitərəfli əlaqələrdən irəli gəlmir. Burda həm də İlham Əliyevlə Vladimir Putinin qarşılıqlı hörmətə söykənən sıx münasibətləri də əsas rol oynayır”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm