Ermənilər AŞPA-da necə məğlub oldu?
Bizi izləyin

Nida.az

Ermənilər AŞPA-da necə məğlub oldu?

“AŞPA proseduruna görə sənədlərin qəbulu çətin olur. Söhbət sənəd qəbulundan gedirsə, müxtəlif strukturlarda müzakirə edilməli, məruzəçi müəyyən edilməli və hesabat hazırlanmalıdır”.

Publika.az-ın məlumatına görə, bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı millət vəkili Səməd Seyidov bildirib.

Onun sözlərinə görə, belə bir hadisə AŞPA-da 2005-ci ildə də olub: “O zaman Azərbaycan torpaqlarının işğalı haqqında qərar qəbul edilib. Bu sessiyada isə ermənilər soyqırımla bağlı sənəd qəbul olunmasını istədilər, amma alınmadı. Onlar başqa yol seçdilər, AŞPA-da imza toplayaraq bu qurum adından təqdim etmək istədilər. Həmin sənəd Avropa Şurası sənədi deyil. Sənədin arxasında yazılır ki, bu bəyanata imza atanların mövqeyini ifadə edir. Azərbaycan və Türkiyə nümayəndələri saxta soyqırımla bağlı ermənilərin qarşısını aldılar. Əslində bu sessiya Ermənistanın AŞPA-da məğlubiyyətini göstərdi. Onlar cəhd göstərirlər ki, hansısa dövlətin daxilinə girsinlər, orada problemlər yaratsınlar. Baxın, bu yaxınlarda Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin sədri Qazaxıstan üzrə məruzəçi olmaq istədi. Sənin nə məqsədin var? Fransa üzrə məruzəçi ol, bu ölkədə o qədər erməni yaşayır”.

S.Seyidov qeyd edib ki, son sessiyada Azərbaycan nümayəndə heyətinin iki xanım deputatı AŞPA bürosunda məruzəçi seçiliblər: “Bu xanımların fəaliyyəti müddətsizdir. Bu sessiyada Azərbaycan nümayəndə heyətinin təklifi əsasında Monitorinq Komitəsində alt komitə yaradıldı. Bizə dəstək verən qüvvələrin fəaliyyəti nəticəsində xeyli işləri həyata keçirmişik. Ancaq biz arxayınlaşmamalıyıq. Bilməliyik ki, biz nə qədər iş görsək də, düşmən daha da aqressivləşir. Məsələn, insan haqları məsələsində Azərbaycana təzyiq göstərmək istəyirlər. Bu prosesin də başında ermənilər durur. Cənab sədr, nümayəndə heyəti sizin tapşırığınızla fəaliyyətini davam etdirəcək”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm