Çernobıl yanır: Dünya yeni fəlakətlə üz-üzə
Bizi izləyin

Nida.az

Çernobıl yanır: Dünya yeni fəlakətlə üz-üzə

1986-cı ildə Avropa və Asiyanın böyük bir qisminə ciddi təsir edən Çernobıl kabusu təkrar geri dönüb.


Publika.az xəbər verir ki, dünən axşam saatlarından etibarən Çernobıl AES-in 20 kilometrliyində şiddətli meşə yanğınları başlayıb. AES-in üzəri betonla örtülsə də, ona doğru yaxınlaşan yanğın ciddi təhlükə yarada bilər. Belə ki, ekspertlər AES ətrafında yerə hopmuş radioaktiv şüanın yanaraq təkrar havaya qarışması təhlükəsini istisna etmirlər.


Ukrayna daxili işlər naziri Arsen Avakov Çernobıla doğru irəliləyən yanğınla bağlı beynəlxalq mühafizə xidmətinə xəbər verildiyini deyib.


Avropa radiasiya riski komitəsinin rəhbəri Dr. Sris Busbi dünyanın yeni bir Çernobıl fəlakəti ilə üz-üzə qaldığını bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm