Rasim Musabəyov: “Kerri ermənipərəstdir, lakin Pentaqonda Azərbaycanın mövqeyi daha güclüdür”
Bizi izləyin

Nida.az

Rasim Musabəyov: “Kerri ermənipərəstdir, lakin Pentaqonda Azərbaycanın mövqeyi daha güclüdür”

“Dövlət katibi Con Kerrinin aparatı Azərbaycana qarşı kifayət qədər neqativ münasibət bəsləyir və o, ölkəmizi müxtəlif bəhanələrlə “cəzalandırmaq” niyyətini gizlətmir”.


Publika.az xəbər verir ki, bu barədə Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Rasim Musabəyov deyib.


Onun sözlərinə görə, Kerrinin Azərbaycan və Türkiyə haqda əvvəldən yaranmış mənfi rəyi və ermənipərəst mövqeyi var: “Hələ 90-cı illərdə onun müəllifliyi ilə Konqresin qəbul etdiyi “907-ci düzəlişi” hər kəs xatırlayır. Qondarma “erməni soyqırımı”nın ABŞ-da tanınması üçün fəal lobbiçilik edir. Bu baxımdan, onun ofisindən aparılan anti-Azərbaycan kampaniyası qıcıq doğursa da, təəccüblü deyil”.


Lakin R. Musabəyov hesab edir ki, bircə Kerriyə görə ABŞ-ı Azərbaycana düşmən etmək lazım deyil.


“Bəli, ənənəvi erməni lobbisi Dövlət Departamentində və Kapitoli təpəsində güclüdür. Lakin fakt budur ki, ABŞ-ın energetika nazirliyində, Pentaqonda, kəşfiyyat strukturlarında Azərbaycan və Türkiyənin mövqeləri qədər güclü deyil. Adətən, Dövlət Departamentinin və Konqresin mövqeyi, Azərbaycan və Türkiyəyə təsir edən ABŞ-ın hökumət müəssisələri, adətən, məxfi hərəkət edirlər. Lakin onlar böyük təsirə malik deyillər. Əsas odur ki, bu gün ABŞ və Azərbaycanın milli maraqları toqquşmur, əksinə, üst-üstə düşür. Bizim münasibətlərə süni əngəllərin yaradılması hər iki tərəf üçün ziyandır. Amerika hökumətinə qərəzli adamlar gəlir və gedirlər. ABŞ isə super dövlət olaraq qalır və bu, iqtisadi inkişafa nail olmaq və təhlükəsizliklə bağlı yaranan mürəkkəb problemləri həll etmək istəyən ölkələr üçün əhəmiyyətlidir”, - deyə R. Musabəyov bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm