Mirmahmud Mirəlioğlu: “Avropa Oyunlarının əleyhinə çıxmaq gündəmi zəbt etmək məqsədi daşıyır”
Bizi izləyin

Nida.az

Mirmahmud Mirəlioğlu: “Avropa Oyunlarının əleyhinə çıxmaq gündəmi zəbt etmək məqsədi daşıyır”

“Ölkə daxilində müəyyən siyasi təşkilatların I Avropa Oyunlarının boykot çağırışı gündəmi zəbt etmək istəyindən başqa bir şey deyil”.

Bunu Publika.az-a açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu deyib.

Onun sözlərinə görə, bu oyunlar Azərbaycana gözlənilənləri verəcək: “İqtisadi və siyasi baxımdan dividentlər gətirəcək. Lakin bununla bağlı təqdir və boykot çağırışları oyunlara təsir etməyəcək. Yəni təqdir etməklə Oyunların əhəmiyyəti artmır. Boykot çağırışları, bunu insan haqları ilə bağlamaq cəhdləri, yaxud əleyhinə çıxmaq də oyunların əhəmiyyətini azaltmayacaq”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm