Nida.az
Novella Cəfərova: “Avropa Oyunları Qarabağ münaqişəsinin təbliğində müsbət rol oynayacaq”
“Mən ötən günlərdə Prezident İlham Əliyevin “Bakı 2015” Avropa Oyunları ilə bağlı çıxışını izlədim, çox əhəmiyyətli idi. Bu tədbir Azərbaycan dövləti üçün çox lazımlıdır”.
Bu sözləri Publika.az-a açıqlamasında Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfərova bildirib.
Onun sözlərinə görə, “Bakı 2015” Avropa Oyunları Azərbaycanın tanıdılması üçün vacib rol oynayır. N.Cəfərova deyib ki, Avropa Oyunları Azərbaycanın imicinin daha da yüksəlməsi üçün çox müsbət addımdır: “Mən bu oyunların Azərbaycan üçün böyük əhəmiyyət kəsb etdiyini hər yerdə demişəm və indi də bəyan edirəm. Bundan əlavə, Avropa Oyunlarını izləmək üçün Bakıya gələcək xarici turistlər Azərbaycanla bağlı real vəziyyəti, Dağlıq Qarabağ münaqişəsini və Ermənistanın işğalçılıq siyasəti nəticəsində qaçqın vəziyyətinə düşən insanların halını öyrənəcəklər. Uzaqdan çox adama Qarabağ məsələsi nağıl və ya əfsanə kimi görünə bilər. Ancaq əcnəbilər gəlib Qarabağ münaqişəsi ilə bağlı real vəziyyəti, faktları burada görsələr, şahidi olsalar, bu, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün də faydalı olar. Bu oyunları izləmək üçün xarici jurnalistlər də çox gələcək. Hər birimiz bu fürsətdən istifadə edib Azərbaycana gələn jurnalistlərə ölkəmiz, Qarabağ həqiqətləri haqqında doğru-dürüst məlumat verməliyik. Çalışmalıyıq ki, gələn xarici jurnalistlər Ermənistanın işğalçılıq siyasəti nəticəsində hüquqları pozulmuş azərbaycanlıların vəziyyətini görsünlər, buna görə Ermənistanın işğalçılıq siyasətini dünyaya bəyan etsinlər. İnsan haqqlarından danışan zaman ilk növbədə bu məsələyə diqqət yetirilməlidir”.
N.Cəfərova “Bakı 2015” Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı həyata keçirilən qarayaxma kampaniyasına da toxunub: “Bilirsiniz, mən razıyam ki, Azərbaycan hökumətinin səhv addımı olsa, bu addım tənqid olunmalıdır. Ancaq hazırda Azərbaycanda 700 min insanın hüquqları Ermənistan tərəfindən pozulub, onların doğma yurd-yuvaları talanıb, işğal olunub. Bəs onların haqlarını niyə müdafiə edən yoxdur? İndiyədək bu 700 min haqqı pozulan insanlarla bağlı bir dəfə də danışılmayıb. Əgər insan haqlarının qorunmasından danışırıqsa, o zaman bu 700 min insanın pozulan hüquqlarının bərpasını tələb etməliyik. İndiyədək bir dəfə həmin insan haqları təşkilatları 700 min günahsız insana görə işğalçı Ermənistanı qınamayıb. Axı bu ədalətszlikdir”.
Vasif Həsənli
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR