“The Hill”: “Atılmış və erməni işğalının qurbanı olan Şuşa...”
Bizi izləyin

Nida.az

“The Hill”: “Atılmış və erməni işğalının qurbanı olan Şuşa...”

“8 may Şərqdə ilk operanın yarandığı və Azərbaycanın klassik musiqi mərkəzi sayılan Şuşa şəhərinin işğal və dağıdılmasının 23-cü ildönümüdür”.


Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın “The Hill” nəşrində “Azərbaycanı heç vaxt unutmayın” başlıqlı məqalədə deyilir.


Məqalədə qeyd olunur ki, Şuşa musiqiçiləri, müğənniləri və bəstəkarları ilə məşhur idi: “İndi bura atılmış şəhər və erməni işğalının qurbanıdır. 1992-ci ilə kimi Şuşa Azərbaycanın Dağlıq Qarabağ regionunda ən vacib və məşhur şəhər idi. Əhalisinin 92 faizi azərbaycanlı olan Şuşa işğal olunmamışdan cəmi üç ay öncə erməni hərbi birləşmələri tərəfindən Xocalıda 613 Azərbaycan mülki vətəndaşının qırğınına şahid olmuşdu”.

Nəşr Azərbaycanın işğal olunmuş ərazilərinin qeyd-şərtsiz azad olunması haqda BMT Təhlükəsizlik Şurasının 4 məşhur qətnaməsini xatırladır.


“Bu qətnamələrin icrası üçün ABŞ hökuməti də hərəkət etməlidir. Azərbaycanın ərazi bütövlüyü çərçivəsində bu qərarların yerinə yetirilməsi üçün bir çox addımlar zəruridir:


1) Təhlükəsizlik Şurasını bu qərarların icrasına məcbur etmək.
2) Ermənistanın qeyri-qanuni hərbi işğalını dayandırmaq.
3) Azərbaycan torpaqlarında qeyri-qanuni yerləşdirilən erməni silahlı qüvvələrini burdan uzaqlaşdırmaq.
4) Azərbaycanlıların öz evlərinə qayıtmasına şərait yaratmaq.
5) Naxçıvanın erməni blokadasından çıxarılmasını təmin etmək.
6) bütün hərbi və mülki əsirləri geri qaytarmaq”, - deyə məqalədə vurğulanır.


Qeyd olunur ki, erməni işğalı milyonlarla insana zərər vurur.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm