Rasim Musabəyov: “Ermənilər israr etsə, onlar üçün ağır günlər başlayacaq”
Bizi izləyin

Nida.az

Rasim Musabəyov: “Ermənilər israr etsə, onlar üçün ağır günlər başlayacaq”

“Keçmiş sovet ölkələri Qələbənin 70 illiyini qeyd edərkən xain ermənilər də Şuşanın işğalını bayram kimi qeyd edirlər. Sirr deyil ki, Azərbaycan, Ermənistan və İran prezidentləri Qarabağda hərbi hücumların dayandırılması haqda qərar qəbul edərkən ermənilər xaincəsinə Şuşaya hücum edərək işğal etdi”.

Publika.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.

Onun sözlərinə görə faktiki olaraq ermənilər soyqırımı və etnik təmizləməni bayram edir və bütün dünya buna göz yumur: “Lakin bəzi ikiüzlü ölkələr qondarma “erməni soyqırımı”na görə göz yaşı axıdır. Bu gün Ermənistan Azərbaycan torpaqları hesabına dövlət qurublar və Türkiyə ərazisinə iddia edirlər. Lakin nə Azərbaycan, nə Türkiyə, nə də dünya bununla barışmayacaq. Əgər ermənilər ağıllanmayaqsa, beynəlxalq hüquqa zidd iddialarında israr edəcəksə və sülh danışıqlarını pozacaqsa, onda onlar üçün əsl ağır günlər gələcək. Güclü Azərbaycan ordusu erməniləri Azərbaycan torpaqlarından qovub çıxaracaq, Dağlıq Qarabağ və ətraf yeddi rayonu işğalçılardan təmizləyəcək”.

R. Musabəyov ermənilərin təxribat hərəkətlərini cavabsız qoymamağın vacibliyini qeyd edib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm