Rauf Arifoğlu: “Hərə öz nifrətindən bir addım arxaya çəkilsin”
Bizi izləyin

Nida.az

Rauf Arifoğlu: “Hərə öz nifrətindən bir addım arxaya çəkilsin”

“Yeni Müsavat” qəzetinin baş redaktoru, Müsavat Partiyasının üzvü Rauf Arifoğlu Müsavatda baş verən qarşıdurma ilə bağlı təklif irəli sürüb.


Publika.az xəbər verir ki, R. Arifoğlu “facebook” səhifəsində Müsavat rəhbərliyinə moratorium elan etməyi təklif edib: “Müxalifətdaxili çəkişmələr zamanı AXCP-yə, Əli Kərimliyə tətbiq olunan moratoriumdan biri də Müsavatdaxili müxalifətə və son günlər partiyadan dışlananlara tətbiq olunsun.

Bu barədə Müsavat Partiyasının ayrı-ayrı funksionerləri də zaman-zaman təkliflər irəli sürüblər. Onlara haqq verirəm və təkliflərində israr etməyə çağırıram. Partiya Divanından bu məsələni müzakirəyə çıxartmağı xahiş edirəm. Müraciət qarşı tərəfə də aiddir. Artıq sizlər Müsavat Partiyasını üzdən-gözdən salmaqda və 104 ilin sınaqlarına dözən Müsavat hərəkatına zərbələr vurmaqdasınız. Hərə öz nifrət və nifrinindən bir addım arxaya çəkilsin”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm