Nida.az
Vyetnam Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan Respublikasına rəsmi səfərə gələn Vyetnam
Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanqın mayın 14-də
rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali
qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport
verdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı
Mehriban Əliyeva Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq
Tan Şanqı və xanımı May Thi Hanı qarşıladılar.
Fəxri qarovul dəstəsinin rəisi Vyetnam Prezidentinə raport
verdi.
Vyetnam Sosialist Respublikasının və Azərbaycan Respublikasının
dövlət himnləri səsləndi.
Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından
keçdilər.
Vyetnam Prezidenti Azərbaycan əsgərlərini salamladı.
Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri
Prezident Çıonq Tan Şanqa, Vyetnam Sosialist Respublikasının
nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim
olundu.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət
başçılarının qarşısından keçdi.
Prezidentlər rəsmi foto çəkdirdilər. (AZƏRTAC)
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi