İqtidar-müxalifət görüşü başladı – FOTO
Bizi izləyin

Nida.az

İqtidar-müxalifət görüşü başladı – FOTO

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində növbəti iqtidar-müxalifət görüşü başlayıb.

Publika.az xəbər verir ki, görüşdə iqtidarı Prezident Administrasiyasının İctimai Siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, şöbənin müdir müavini Tahir Süleymanov, sektor müdiri Elman Paşayev təmsil edir.

Müxalifət partiyalarından isə DİP sədri Asim Mollazadə, KXCP sədri Mirmahmud Mirəlioğlu, BQP sədri Fazil Mustafa, VHP sədri Sabir Rüstəmxanlı, ASDP sədri Araz Əlizadə, MDHP sədri Fərəc Quliyev, VİP sədri Əli Əliyev, BAP sədri Elşad Musayev, AMİP sədri Yusif Bağırzadə, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli iştirak edirlər.


PA rəsmisi Əli Həsənov görüşü giriş nitqi ilə açıb.

Hazırda görüş medianın iştirakı olmadan davam etdirilir.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm