Nida.az
İdman-Konsert Kompleksi təmirdən sonra belə görünəcək - Layihə(FOTO)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində aparılacaq əsaslı təmir və yenidənqurma işlərinin layihəsi ilə tanış olub.
Azərbaycanda gedən sürətli iqtisadi inkişaf prosesləri ölkə
həyatının bütün sahələrinin dinamik şəkildə yenidən qurulması üçün
əlverişli şərait yaradır. İqtisadi inkişaf tempinə görə sürətlə
inkişaf edən ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə
paytaxtda və regionlarda bütün sahələrdə ən müasir infrastrukturun
yaradılmasına, yeni-yeni obyektlərin inşa olunmasına, mövcud
komplekslərin isə əsaslı şəkildə yenidən qurulmasına böyük önəm
verilir.
Azərbaycanda bütün sahələr kimi, idmanın inkişaf etdirilməsi də
prioritet sahələrdən biri kimi dövlətin daim diqqət mərkəzindədir.
Dünyada idman dövləti kimi tanınan ölkəmizdə ən müasir standartlara
cavab verən yeni idman komplekslərinin və müasir infrastrukturun
yaradılması istiqamətində ardıcıl işlər görülür. 2015-ci ildə ilk
dəfə Bakıda keçiriləcək birinci Avropa Oyunlarına ciddi şəkildə
hazırlaşan ölkəmizdə mükəmməl infrastruktur obyektlərinin inşası
ilə yanaşı, mövcud idman komplekslərinin əsaslı şəkildə yenidən
qurulması işləri də diqqət mərkəzindədir. Prezident İlham Əliyevin
tapşırıqlarına uyğun olaraq Heydər Əliyev adına İdman-Konsert
Kompleksinin ən müasir standartlara uyğun şəkildə yenidən qurulması
layihəsinin icrasına başlanıb.
Dövlətimizin başçısı bu idman-konsert qurğusunda görüləcək işlərlə
tanış olmaq üçün Kompleksə gəldi.
Gənclər və idman naziri Azad Rəhimov Prezident İlham Əliyevə
görüləcək işlərlə bağlı məlumat verdi.
Dövlətimizin başçısı Komplekslə yanaşı, ətraf ərazilərdə abadlıq
işlərinin aparılması ilə bağlı tapşırıqlar verdi.
Sonra Prezident İlham Əliyev Heydər Əliyev adına İdman-Konsert
Kompleksinin arenasında, müxtəlif məşq zallarında və binanın
fasadında aparılacaq təmir və yenidənqurma işlərinin layihəsi ilə
tanış oldu. Bildirildi ki, kompleksin bütün sahələrində, o cümlədən
əsas və məşq korpuslarında, müxtəlif idman zallarında əsaslı təmir
və bərpa işlərinə başlanılması üçün hazırlıq işləri yeni layihəyə
uyğun olaraq artıq başa çatdırılıb. Kompleksdə yeni işıqlandırma,
yanğından mühafizə və təhlükəsizlik, eyni zamanda, videomüşahidə və
xəbərdarlıq sistemlərinin və müasir liftlərin quraşdırılması üçün
işlər davam etdirilir. Kompleks yeni və sürətli internet şəbəkəsinə
qoşulacaqdır. Binada ən müasir tələblərə cavab verən havalandırma
sistemi artıq quraşdırılmışdır.
Dövlətimizin başçısı təmir və yenidənqurma işlərinin aparılacağı
ayrı-ayrı sahələri gəzdi, işlərin yüksək keyfiyyətlə görülməsi ilə
bağlı müvafiq tapşırıqlarını verdi.Sonra Prezident İlham Əliyev
Heydər Əliyev adına İdman-Konsert Kompleksinin yanındakı parka
gəldi.
Dövlətimizin başçısı parkın yenidən qurulması, burada abadlıq və
quruculuq işlərinin yüksək səviyyədə həyata keçirilməsi ilə bağlı
da göstərişlər verdi.
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək