BAXCP-dən Milli Şuraya sərt cavab: “Hakimiyyətə gəlmək üçün Putinə yazdığınız məktub unudulmayıb”
Bizi izləyin

Nida.az

BAXCP-dən Milli Şuraya sərt cavab: “Hakimiyyətə gəlmək üçün Putinə yazdığınız məktub unudulmayıb”

“Azərbaycan torpaqlarının işğaldan azad edilməsində Rusiya faktoru ilə bağlı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin fikirlərinə dəfələrlə aydınlıq gətirilsə də, “Milli Şura” adlanan satqınlar toplusunun nəzarətində olan qarayaxma vasitələri öz böhtanlarını tutuquşu kimi təkrarlamaqdan yorulmurlar”.

Publika.az xəbər verir ki, bu barədə BAXCP sədrinin müavini Elçin Mirzəbəyli deyib. Onun sözlərinə görə, Qüdrət Həsənquliyevin Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bağlı fikirləri nə qədər kontekstdən çıxarılıb yozulursa, qarşı tərəfin ittihamları bir o qədər gülünc görünür: “Bizim mövqeyimiz ortalıqdadır. Açıq şəkildə deyirik ki, Azərbaycan torpaqlarının işğalının və işğalın davam etməsinin arxasında Rusiya dayanıb. Bu səbəbdən də danışıqları Ermənistanla deyil, Rusiya ilə aparmaq lazımdır. Yəni biz Rusiyanı birbaşa işğal prosesinin iştirakçısı adlandırırıq. Bəs siz nə deyirsiniz? Məgər hakimiyyətə gəlmək naminə Rusiyanın layihəsində iştirak edən, İranın qarşısında dəstək üçün quyruq bulayan, Azərbaycanın xarici siyasət doktrinasından Avratlantik məkana inteqrasiya istiqamətini çıxarmaq üçün referendum keçirmək təşəbbüsünün altından imza atan siz deyildiniz?

Bəlkə Azərbaycan vətəndaşlarının qiyabi prezidentliyə namizədinizin seçkilərdə iştirakını təmin etmək üçün Putinə ünvanladığınız məktubu unutduğunu düşünürsünüz? Yalançı yaddaşsız olar. Siz unutmaq, yaxud unutdurmaq istəsəniz də bu, mümkün olmayacaq. Çünki xəyanətləriniz siyasi karyeranızın əldən-ələ keçməkdən qat bağlamış səhifəsinə qara hərflərlə yazılıb”.

Elçin Mirzəbəyli Milli Şuraçıların Azərbaycanın milli maraqlarına qarşı aparılan qarayaxma kampaniyasından yararlanaraq, başqalarına çamur atmaqla Qərbə yarınmaq cəhdlərinin nəticə verməyəcəyini düşünür: “Bu adamlardan vaxtilə geninə-boluna istifadə edən dairələr onların kimliyini, öz irili-xırdalı maraqlarını təmin etmək üçün hər an yeni bir istifadəçiyə satılmağa hazır olduqlarını yaxşı bilirlər. Belələrini ən yaxşı halda müvəqqəti istifadəyə götürə bilərlər. Necə ki, daha əvvəllər bunu ediblər”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm