Nida.az
Ərdoğan Avropa Oyunlarının açılışında iştirak edəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan I Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Azərbaycana gələcək.
"Report"un Alaniyada olan əməkdaşı xəbər verir ki, bu barədə azərbaycanlı jurnalistlərin suallarını cavablandıran Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarını "Bakı -2015" I Avropa Oyunlarının açılış mərasiminə dəvət edib: "Biz qardaş Azərbaycanla fəxr edir və qürur duyuruq. Təbii ki, I Avropan Oyunları üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana dəvət gəlib. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkə başçımızı dəvət edib. Cənab Rəcəb Tayyib Ərdoğan da həmin yarışlara qatılacağını söyləyib. Azərbaycanın hər cür tədbirinə biz Türkiyədən ən yüksək şəkildə qatılmağa hazırıq. İnşallah, yenə də ən yüksək səviyyədə iştirak olacaq".
M.Çavuşoğlu çox vacib yarışlara ev sahibliyi etdiyi üçün Azərbaycana təşəkkürünü bildirib: "Qardaş ölkə artıq çox peşəkar şəkildə beynəlxalq yarışlara ev sahibliyi edir. Belə ki, beynəlxalq forumlar, konfranslar keçirilir, I Avropa Oyunları kimi çox vacib tədbir də keçiriləcək. Həmçinin "Eurovision" mahnı müsabiqəsi bu günə qədər keçirilən ən səviyyəli tədbirlərdən idi".
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək