Məhkəmə Əli Əliyev iddiasına nə ad qoyub? - Eldəniz Quliyev danışır
Bizi izləyin

Nida.az

Məhkəmə Əli Əliyev iddiasına nə ad qoyub? - Eldəniz Quliyev danışır


“Onlar məhkəməyə təqdim etdikləri iddialarında partiyanın şərəf və ləyaqətinin təhqir edildiyini göstəriblər. Halbuki partiyanın şərəf və ləyaqəti olmur, partiyanın işgüzar nüfuzu, fəaliyyəti olur. Məhkəmə də “bu lap gülməli iddiadır” deyərək təmin etməyiblər. Digər tərəfdən onların mənə qarşı olan iddiaları böhtan xarakterli idi. Bu açıq-aydın görünürdü”.

Bu barədə “El” hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyev Publika.Az -a açıqlamasında VİP sədri Əli Əliyevin ona qarşı iddiasının təmin edilməməsinə münasibət bildirərkən deyib.E. Quliyev qeyd edib ki, VİP-in məhkəmə iddiası çox savadsız, səviyyəsiz ittiham ərizəsi idi: “Əvvəldən bilirdim ki, bu iddia rədd ediləcək. Bütün bunlar da hakimə əsas verib ki, iddianı rədd etsin. Çünki başqa yolu da yoxdur. Açıq-aydın şərlə, böhtanla insanı tutdurmağa cəhd etmək nəinki siyasi partiya liderinə, ümumiyyətlə, heç kimə yaraşmaz”.

E. Quliyev əlavə edib ki, VİP-in məhkəmənin qərarından sonra yaydığı bəyanatı da təhqirlə dolu idi.
“Onlar bəyanatlarında da təhqirlərindən əl çəkməyiblər. Yazırlar ki, Eldar Namazovla Eldəniz Quliyev hakimiyyətin xaltalı nəyidir. Yəni Eldar Namazovla Eldəniz Quliyev itdir? Təxminən belə çıxır. Eyni təhqirləri hakimə qarşı da yönəltmişdilər. Hirs-hikkə yaxı bələdçi deyil insana. Bəyanatlarından da onların səviyyəsi görünür”.

E. Quliyev Ə. Əliyevin apelyasiyaya şikayət və digər instansiyalara müraciət edəcəyi ilə bağlı deyib ki, onun üçün bu mənasızdır.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm