• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

MM-də təklif: “Beynəlxalq Bankın fəaliyyəti ölkənin hesabatına daxil olunsun"

  • Nida.az
  • 29 May 2015 14:59
  • 375 Baxış
MM-də təklif: “Beynəlxalq Bankın fəaliyyəti ölkənin hesabatına daxil olunsun"

Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı millət vəkili Zahid Oruc Azərbaycanda dini təhsilin pulsuz olmasını təklif edib.

Publika.az-ın məlumatına görə, deputat Z.Oruc bildirib ki, xaricdə dini təhsil qadağan edilməlidir. Onun sözlərinə görə, xaricdə dini təhsil alanlar Suriya, Türkiyədə, İranda və digər ölkələrdən həm də xüsusi modelləri, həmin ölkələrin din siyasətini gətirirlər.

Z.Oruc son vaxtlar bir qrup iş adamının Azərbaycan Beynəlxalq Bankına olan borcu ilə bağlı yayılan xəbərlərə də toxunub: “Bu bankın səhmlərinin 51 faizi dövlətə məxsusdur. Sözügedən bankın sərəncamında 8 milyard manat vəsait var. Ona görə də təklif edirəm ki, Azərbaycan Beynəlxalq Bankının fəaliyyəti ölkənin hesabatına daxil olunsun".

Son zamanlar müxtəlif insanların mülklərinin müsadirəsi məsələsinə də toxunan Z.Oruc deyib ki, mülkiyyət toxunulmazlığı iqtisadi inkişaf üçün olduqca önəmli məqamlardan biridir.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR