Nida.az
Çexiyanın yeni səfiri etimadnaməsinin surətini Elmar Məmmədyarova təqdim edib
Xarici işlər naziri Elmar Məmmədyarov Çexiyanın Azərbaycana yeni təyin olunmuş səfiri Vitezslav Pivonkanı qəbul edib.
Azərbaycan XİN-in mətbuat xidmətindən Publika.az-a verilən
məlumata görə, E.Məmmədyarov V.Pivonkanı ölkəmizdə səfir təyin
olunması münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar
arzulayıb.
Görüş əsnasında Azərbaycan ilə Çexiya arasındakı münasibətlərin
hazırkı səviyyəsindən məmnunluq ifadə olunaraq, iqtisadi və turizm
sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.
Bu xüsusda parlamentlərarası əlaqələrin iki ölkə arasında
münasibətlərin inkişaf etdirilməsində mühüm rol oynadığı qeyd
edilib.
Səfir fəaliyyəti dövründə Azərbaycan ilə Çexiya arasında
münasibətlərin hərtərəfli inkişafı üçün səylərini əsirgəməyəcəyini
bildirib.
V.Pivonka etimadnaməsinin surətini nazirə təqdim edib
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi