“The Hill”: “I Avropa Oyunları Azərbaycanın turizm inkişafına güclü təkan verəcək”
Bizi izləyin

Nida.az

“The Hill”: “I Avropa Oyunları Azərbaycanın turizm inkişafına güclü təkan verəcək”

“Azərbaycan və Gürcüstan: Cənubi Qafqazın bu gözəl ölkələrinin heyranedici turizm potensialı var”.


Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın “The Hill” nəşri yazıb.


Məqalədə qeyd olunur ki, hər iki ölkənin zəngin mətbəxi və xüsusi qonaqpərvərliyi var: “Həmçinin Azərbaycan və Gürcüstan minlərlə diqqətəlayiq yerlərə malikdir: Təbii parklar, qalalar, tarixi yerlər, bədii qalereyalar, muzeylər. Gürcüstanın təbii sərvətləri – neft və qazı yoxdur. Lakin bu ölkə turizmi inkişaf etdirmək üçün israrla addımlayır. Neft və qazla zəngin olan Azərbaycan isə əldə etdiyi gəliri turizm sektoruna yatırmaqla iqtisadiyyatının davamlılığını artırır. Azərbaycan həmçinin turistləri cəlb edən idman infrastrukturuna on milyonlarla investisiya yatırır. İyunun 12-dən 28-nə qədər Bakıda keçiriləcək I Avropa Oyunları da Azərbaycan turizminin inkişafına güclü təkan verəcək. Oyunlarda təxminən 6 min idmançı 20 idman növü üzrə mübarizə aparacaq. Gürcüstan da öz növbəsində 25 iyul – 1 avqust tarixində Avropa Gənclərinin Olimpiya Festivalını qəbul edəcək”.

“The Hill” yazır ki, Azərbaycan və Gürcüstanın turizm inkişafı 2000-ci illərin əvvəllərində zəif idi.


“Lakin hər iki ölkə turizmin inkişafına xüsusi diqqət ayırdı və ciddi nəticələrə nail oldu. Bu gün hər iki ölkə iqtisadiyyatı turizmdən kifayət qədər gəlir götürür. Misal üçün, Gürcüstan kimi Azərbaycan da öz turizm infrastrukturunu qurur. Yeni hava limanları tikilib, yeni turizm obyektləri inşa olunub. “Şahdağ” xizək kurortu buna əla nümunədir. Azərbaycanın qədim tarixi və əfsanəvi yerləri onun cəlbedicliyini artırır. Misal üçün, vaxtilə İpək Yolu vasitəsilə Azərbaycandan keçərək Çinə gedən məşhur səyyah Marko Polonun bu ölkə haqda qeydləri turistləri çox maraqlandırır. 2003-cü ildən bəri bu ölkəyə gələn turistlərin sayı ilbəil artır. Artıq turizm ölkənin ümumi daxili məhsulunda paya sahibdir”, - deyə ABŞ nəşri vurğulayır.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm