Nida.az
Artur Rasizadə yenidən sədr seçildi
Dövlət Neft Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının iclasında Azərbaycanın Baş naziri Artur Rasizadə növbəti müddətə ARDNF-in Müşahidə Şurasının sədri seçilib.
ARDNF-in ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Azərbaycanın Baş naziri, Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri Artur Rasizadə sədrliyi ilə keçirilən növbəti iclasda Fondun 2014-cü ildə maliyyə fəaliyyəti haqqında illik hesabatı, maliyyə fəaliyyətinin auditinin nəticələri və ARDNF-in ötən ilki büdcəsinin icrası məsələlərinə baxılıb.
Müşahidə Şurası Dövlət Neft Fondunun İcraçı direktorunun təqdim etdiyi Fondun 2014-cü ildəki fəaliyyəti haqqında illik hesabatına, Fondun ötən ildə maliyyə fəaliyyəti haqqında müstəqil auditorun (“Praysvoterhauskupers Audit Azərbaycan” MMC) hesabatına baxaraq onları məqbul hesab edib və ARDNF-in 2014-cü il büdcəsinin icrası layihəsini təsdiq edilmək üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması barədə qərar qəbul edilib.
İclasda Azərbaycanın Baş naziri Artur Rasizadə növbəti müddətə Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri seçilib.
-
İdman23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu
-
Hadisə21:25
Kürdəxanı təcridxanasında bit yayılıb? - RƏSMİ AÇIQLAMA
-
Hadisə20:15
Oteldəki zəhərlənmə ilə bağlı YENİ ŞOK İDDİA
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”