Əli Həsənov: "Azərbaycana qarşı qərəzli mövqe hələ də davam edir"
Bizi izləyin

Nida.az

Əli Həsənov: "Azərbaycana qarşı qərəzli mövqe hələ də davam edir"

“Bir sıra Qərb təşkilatları özlərinə rəva görmədikləri məsələləri bizə şamil etməyə çalışırlar”.

Publika.az-ın məlumatına görə, bunu bu gün Beynəlxalq Mətbuat Mərkəzində aparıcı media rəhbərləri ilə görüşü zamanı Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

İlk Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasına toxunan Ə.Həsənov təəssüflə qeyd edib ki, Azərbaycana qarşı bu cür qərəzli mövqe hələ də davam edir:

“Bizə demokratiya dərsi vermək istəyən Qərb təşkilatları özlərində baş verən hadisələri unutdurmağa çalışır. Son vaxtlar Avropa Oyunları ərəfəsində Qərbin ayrı-ayrı qeyri-hökumət təşkilatları Azərbaycana qarşı qərəzli kampaniyalar aparır. Ancaq bütün bunlar Azərbaycanı öz inkişaf yolundan döndərə bilməz”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm