Niyaməddin Orduxanlıya qarşı saxta profil təxribatı
Bizi izləyin

Nida.az

Niyaməddin Orduxanlıya qarşı saxta profil təxribatı

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Niyaməddin Orduxanlı Facebook sosial şəbəkəsində onun adından yaradılmış saxta profillər vasitəsilə yayılan yazışmalara aydınlıq gətirib.

Uzun illərdir BAXCP-də fəaliyyət göstərdiyini xatırladan Orduxanlı sədrinin və liderinin Qüdrət Həsənquliyev olduğunu deyib: “Məni yaxından tanıyan şəxslər də çox yaxşı bilir ki, öz əqidəmə və liderimə hər zaman sədaqətli olmuşam. Çox təəssüf ki, Facebook sosial şəbəkəsi imkan verir ki, hər bir adamın saxta profilini yaradıb, onun adından çıxış etsinlər. Mənim adımdan yayılan yazıların hamısı saxta profillə görülən işlərdir”.

Niyamməddin Orduxanlı təmsil etdiyi təşkilatın müxalif partiyası olduğunu deyib: “Lakin biz ölkənin inkişafını innovativ dəyişikliklərdə və islahatlarda görürük, radikal düşüncənin cəmiyyətin inkişafı üçün təhlükəli olduğunu düşünürük. Bu, prinsiplər partiyamızım uzun illərdir cəmiyyətə açıqladığı təşəbbüslərdə, hazırladığı sənədlərdə də öz əksini tapıb. Siyasi populizm siyasi fəaliyyətin ən ucuz formasıdır. Biz isə siyasi fəaliyyətimizin prioritetlərini populizmdə yox, real nəticələrə gətirib çıxaracaq ardılcıl siyasətdə görürük. Mən dövlətimə, onun atributlarına, dövlətimizin başçısına sayğı ilə yanaşan bir adamam.

Hər zaman acıq şəkildə bəyan etmişəm ki, hər bir vətəndaş ölkə prezidentinə hörmət və etiramla yanaşmalıdır. Artıq mətbuatdan da oxudum ki, YAP rəhbəriyində olan Siyavuş Novruzov da bəyan edib ki, onun adına açılan Facebook səhifəsi saxtadır. Sual olunur, bir gün ərzində yaradılmış profilə niyə mən bu cür yazılar yazmalı idim? Bütün bunlar saxtakar adamların uydurması və özlərinin hazırladığı “təxribat”dan başqa bir şey deyil. Bu hadisəni birbaşa özümün siyasi fəaliyyətimlə əlaqənləndirirəm. Bir partiya yetkilisi kimi hər zaman siyasi proseslərdə aktiv iştirak edir, Azərbaycanın milli maraqlarına zərbə vuran Əli Kərimli və İsa Qəmbər kimi siyasətçilərı acıq şəkildə tənqid edirəm.

Müsavat partiyasının Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarını baykot çağrışı ilə bağlı kəskin acıqlamam olub. Bunu birbaşa erməni maraqlarına xidmət kimi dəyərləndirmişəm və xarakterizə etmişəm. Həmçinin, Facebook sosial şəbəkəsində İsa Qəmbəri qınamışam ki, həbsdə olan müavini Tofiq Yaqublunun qızının “qırx” mərasımı çıxmamış, nə üçün oğluna toy edir. Bunun mənəvi dəyərlərə zidd olduğunu bəyan etmişəm. 2007-ci ildən bu günə kimi Facebook-da Əli Kərimlini ən kəskin şəkildə tənqid edirəm. Onu öz lideri Əbülfəz Elçibəyə, ən yaxın silahdaşlarına, dostlarına xəyanət etməkdə ittiham etmişəm, “Milli Şura”nın Rusiyanın layihəsi olması bağlı xeyli statuslar yazmışam. Bunu facebook.com istifadəçiləri də çox yaxşı bilir. Hesab edirəm ki, bu cür təxribatları həmin siyasi düşərgənin nümayəndləri edə bilər.

Bu gün Facebook-da 5 saxta “Nyaməddin Orduxanlı” səhifəsi yaradıblar. Odur ki, bütün dostlara müraciət edirəm: Facebook-da 1 real profilim var. Saxta profillərə heç bir əhəmiyyət verməyin. Sonda onu da əlavə etmək istəyirəm ki, yaxın zamanlara mənim adımdan açılan saxta profillərin kimlər tərəfindən yaradılmasının aşkarlanması üçün hüquq-mühafizə orqanlarına müraciət edəcəm. Bu adamları tapıb, ifşa etmək, hüquqi məsuliyyətə cəlb etmək lazımdır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm