Niyaməddin Orduxanlı: “Arif Məmmədov ruhi dispanserə yerləşdirilməlidir”
Bizi izləyin

Nida.az

Niyaməddin Orduxanlı: “Arif Məmmədov ruhi dispanserə yerləşdirilməlidir”

“Arif Məmmədovun psxoloji probleminin olmasını Qüdrət bəy görüb. Bu adam öz dövlətinə, millətinə və ona son 20 ildə böyük etimad göstərən hakimiyyətinə xəyanət edib. Bu tip adamlara el arasında nankor, satqın və xəyanətkar deyirlər!”

Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı yanında nümayəndəsi Arif Məmmədov olayı davam etməkdədir. Səfir, demək olar ki, hər gün özünün “facebook” səhifəsində onunla bağlı baş verən hadisələrə münasibət bildirir. Son statusunda Arif Məmmədov Norveç dövlətindən siyasi sığınacaq istədiyi barədə məlumatları təkzib edib və “zərərçəkmiş diplomatlara” xitabən hədələyici mesaj verməkdən də çəkinməyib.

Məsələyə münasibət bildirən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı bildirib ki, Arif Məmmədovun sərsəmləmələri onu deməyə əsas verir ki, bu adamı ruhi dispanserə yerləşdirmək lazımdır: “BAXCP sədri Qüdrət Həsənquliyev də Arif Məmmədovun psixoloji problemlərin olmasını bildirmişdi. Qüdrət bəy Arif Məmmədovla Brüsseldə NATO tədbirindən sonra görüşüb və bu qənaətə gəlib ki, bu adamın ruhi xəstəliyi var. Onun son acıqlamarından və hədə dolu yazılarından da bir daha əmin olmaq olar ki, həqiqətən xəstədir. Nə danışdığının fərqində olmur. Adi cümlə quruluşlarından da görünür ki, özünü idarə edə bilmir.

Niyaməddin Orduxanlı onu da bildirib ki, yazdıqları statuslar bir diplomatın deyil, sanki hansısa bir siyasi təşkilatın üzvünün yazdıqlarıdır: “Yəqin Arif Məmmədovun psixoloji problemlərindən istifadə edirlər. Ağlı başında olan diplomat özünü siyasi təşkilatın üzvü kimi göstərməz. Hansı bir ölkənin səfiri bunu yazar? Arif Məmmədov yazıları ilə öz dövlətinə, millətinə və ona son 20 ildə böyük etimad göstərən hakimiyyətə xəyanət edib. Bu tip adamlara el arasında nankor və xəyanətkar deyirlər!”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm