Fəttah Heydərov: “Azərbaycan dünyanın ən sürətlə inkişaf edən ölkələri sırasında yer alıb” – FOTOLAR
Bizi izləyin

Nida.az

Fəttah Heydərov: “Azərbaycan dünyanın ən sürətlə inkişaf edən ölkələri sırasında yer alıb” – FOTOLAR

Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) 15 iyun - Milli Qurtuluş gününə həsr olunan tədbir keçirilib.

Publika.az-ın məlumatına görə, tədbirdə Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, ADİU-nun rektoru Ədalət Muradov və universitetin professor-müəllim heyəti iştirak edib.

ADİU-nun rektoru Ədalət Muradov 15 İyun - Milli Qurtuluş Gününün Azərbaycan tarixində əhəmiyyətli dönüş mərhələsi olduğunu qeyd edib. Bildirib ki, Azərbaycan müstəqilliyini əldə etdiyi ilk illərdə çox ağır dövrünü yaşayıb: “Hökm sürən siyasi gərginlik, vətəndaş müharibəsi təhlükəsi ölkəni iqtisadi böhrana sürükləmişdi. Belə bir ağır dövrdə xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev ölkədə sabitliyə nail ola bildi. Azərbaycan az bir vaxtda iqtisadi sabitlik və inkişafa qədəm qoydu”.

Ə.Muradov qeyd edib ki, bu inkişaf əsası Ulu Öndər tərəfindən qoyulan güclü iqtisadi inkişaf strategiyası sayəsində mümkün olub.

Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov çıxışında Ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrindən danışıb: “Ulu Öndərin xalqa sevgisi və cəsarəti ilə ölkədə həmrəylik yaranıb və vətəndaşlar milli maraqlar ətrafında birləşə bilib. Milli Liderin uzaqgörən siyasəti nəticəsində ölkədə bərpa olunan sabitlik nəticəsində iqtisadi tənəzzülün qarşısı alındı. Çox keçmədən ölkə sabitlikdən inkişafa qədəm qoydu və bu gün Azərbaycan dünyanın ən sürətlə inkişaf edən ölkələri sırasında yer alıb. İqtisadi qüdrətə nail olan Azərbaycan Avropa Oyunları kimi mötəbər tədbirə ev sahibliyi etməyə hazırlaşır. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan iqtisadi-siyasi kurs bu gün də onun davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.

Tədbirdə çıxış edən “Sosial sferanın iqtisadiyyatı və idarə olunması” kafedrasının müdiri, professor Əli Əlirzayev və “Azərbaycan tarixi” kafedrasının müdiri, professor Hidayət Cəfərov Milli Lider Heydər Əliyevlə bağlı təəssüratlarından, Ulu Öndərin Azərbaycanın dinamik inkişafa nail olması yolundakı əvəzsiz xidmətlərindən söz açıblar.

Tədbirin sonunda Milli Qurtuluş gününə həsr olunmuş film nümayiş etdirilib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm