Azad Rəhimov: "Sübut edilərsə, istefa verməyə hazıram"
Bizi izləyin

Nida.az

Azad Rəhimov: "Sübut edilərsə, istefa verməyə hazıram"

Bu gün “Four Seasons” otelinin “Segah” zalında yerli və xarici jurnalistlər üçün mətbuat konfransı keçirilib.

Publika.az xəbər verir ki, “Bakı 2015” I Avropa Oyunlarından danışan A.Rəhimov büdcəylə bağlı maraqlı açıqlama verdi: "Azərbaycanın Olımpiya Komitəsinin idman büdcəsi 10 milyon manat təşkil edir. Bu məbləğ əsasən xarici səfərlərə və idman yarışlarına xərclənir. Hansısa təşkilat Azərbaycanın dövlət büdcəsindən idmana 10 milyard dollar xərcləndiyini sübut etsə, mən vəzifəmdən istefa verməyə hazıram”.

Nazir vəsaitin hansı istiqamətdə xərcləndiyinə də aydınlıq gətirib: "İl ərzində bu vəsait təlim kurslarına, idman yarışlarına, avadanlıqlara, dərman ləvazimatlarına və s. sərf edilib. Əminliklə deyə bilərəm ki, əgər dünyada hansısa təşkilat Gənclər və İdman Nazirliyinin büdcəsindən bir manatın kənara xərclənməsini sübut etsə, mən öz vəzifəmdən istefa verməyə hazıram. Xərclərin digər hissəsi idman komplekslərinin tikilməsinə və informasiya texnologiyalarına sərf olunub”.

Nazir bildirib ki, I Avropa Oyunlarının büdcəsi əvvəlcə 960 milyon manat olub, sonradan 1 milyard 34 milyon manata çatıb: “Bütün ölkələrdə belə tədbirlər keçirilən zaman xərclər 30 faizə qədər artır. Xərclərin digər hissəsi reklam və Olimpiya standartlarına uyğun idman obyektlərinə və informasiya texnologiyalarına sərf olunub. Büdcə açıqdır. Bunu istənilən təşkilata göstərə bilərik”.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm