Nida.az
Otto Hauzer: “Bundestaqın bəzi üzvləri Azərbaycan haqda təhrif olunmuş təsəvvür yaradır”
Azərbaycanın Almaniyada fəxri konsulu Otto Hauzer ötən həftə Bundestaqda Azərbaycanla bağlı qəbul olunan qətnamədən təəssüfləndiyini bildirib.
Publika.az xəbər verir ki, O. Hauzerin
sözlərinə görə, qəbul olunan sənəddə əksini tapmış məsələlər
reallığı əks etdirmir: “Xüsusilə, Azərbaycanda ictimai reallıqlara
etinasızlıq göstərilərək ölkə haqda təhrif olunmuş təsəvvür
formalaşdırılır. Bu sənəddə Azərbaycandakı tolerantlıq və dini
bərabərlik əksini tapmayıb. Bu faktlar sənədin tərtibçiləri
tərəfindən qəsdlə gizlədilib. Söz azadlığı haqda defisitdə irəli
sürülən ittihamları təkzib etmək çox asandır. Azərbaycanın hər
yerində internetə qeyri-məhdud çıxış var və bütün sosial
şəbəkələrdən istifadə imkanı təmin olunub. Kim Azərbaycanda söz
azadlığı və mətbuatın boğulmasından danışırsa, deməli, o, bu ölkə
haqda məlumatlı deyil”.
16 il Bundestaqın üzvü olmuş O. Hauzer qeyd edib ki, parlamentin
əksər üzvləri bu qətnaməni dəstəkləmir. Onun sözlərinə görə,
sənədin qəbul olunduğu ötən cümə günü səsvermədə cəmi 30 deputat
iştirak edib.
“Mən arzu edirəm ki, alman parlamentinin üzvləri Azərbaycanla
dialoq aparsın və bu ölkəyə lazımi formada kömək edilsin. Əminəm
ki, tezliklə anlaşılmazlıqlar aradan qalxacaq”, - deyə O. Hauzer
qeyd edib.
Asif Nərimanlı
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."