Yazıçı Anar: “Ermənilərə adekvat cavab veririk”
Bizi izləyin

Nida.az

Yazıçı Anar: “Ermənilərə adekvat cavab veririk”

“Azərbaycana qara yaxmaq cəhdləri bizim düşmənlərimizin işidir”.

Bunu Publika.az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin sədri, yazıçı Anar Rzayev bildirib.

A.Rzayev bu cür hallara fikir verməyin lazımsız olduğunu söyləyib: “Bunlara fikir vermək lazım deyil. Biz öz işimizi doğru-düzgün görməliyik və görürük”.

AYB sədri Azərbaycana gəlmiş Ermənistan idmançılarının təhlükəsizliyinin yüksək səviyyədə təşkil olunduğunu qeyd edib: “Təkcə bu fakt bizim necə ölkə olduğumuz göstərir. Baxmayaraq ki, erməni yazıçı Zori Balayan Azərbaycana qarşı öz düşmənçilik mövqelərini açıq-aşkar ortaya qoyub. Ancaq biz onlara zamanında lazımi cavabları vermişik. Həm Azərbaycan, həm də xarici mətbuatda ermənilərə adekvat cavab veririk”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm