• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Flora Kərimova: “Xalqım yaddan çıxartmasın: Avropa Oyunları Azərbaycan, Qarabağ naminədir”

  • Nida.az
  • 18 İyun 2015 15:23
  • 453 Baxış
Flora Kərimova: “Xalqım yaddan çıxartmasın: Avropa Oyunları Azərbaycan, Qarabağ naminədir”

“Birinci Avropa Oyunlarının bütün yarışlarına baxıram və fərəhlənirəm”.

Bunu AzNews.az-a Xalq artisti Flora Kərimova deyib. Onun sözlərinə görə, Avropa Oyunları Azərbaycanın fərəhi, qüruru və dünyaya səsidir: “Nə qədər yozurlarsa yozsunlar, nə qədər deyirlər desinlər, bu iş çirkab götürməz. Başa düşürük ki, I Avropa Oyunlarına çox pul xərclənib, baha başa gəlib, ancaq nəticəsi qürurvericidir. Biz elə məsələlərdə təklənmişik ki, insanlar da başa düşməlidir, idman çox böyük siyasətdir. Biz bunu ona görə etmirik ki, Azərbaycanı dünya tanısın. Dünya bizi tanıyır. Bizimkilər nəyəsə qulp qoyanda mən çox hiddətlənirəm. Bura Azərbaycandır, bizim vətənimizdir. Həm güman yerimiz, həm də arxalandığımız bir varlığımızdır. Qulp qoymasınlar. Milləti, dövləti də göz qarşısına gətirmək lazımdır. Unutmayın ki, qalib olmaq üçün hansısa bir maliyyəni qurban verməlisən. Ancaq pisə yozurlar. Mən buradan Avropa Oyunlarını pisə yozanlara üzümü tuturam: Azərbaycan bizim vətənimizdir və Avropa Oyunları ancaq vətənin və onun siyasətinin naminədir. Qarabağın naminədir. Bunu mənim Azərbaycanım, xalqım yadından çıxarmasın. Bütün dünya Avropa Oyunların möhtəşəmliyinə baxıb hayıl-mayıl olduğu anları yada salsınlar.

Nə qədər ölkədə çatışmazlıq olursa-olsun, azərbaycanlılar yadından çıxarmasın: Bu saat bütün siyasət, hər şey Azərbaycan naminədir. İnsan hüquqları deyə bağıran insanlar xaricdə bilsinlər ki, artıq mənim Qarabağda yaşayan azərbaycanlılarımızın hüquqları çoxdan tapdalanıb. Onun simasında hər birimizin hüquqları tapdalanıb. Ona görə orada bağırmasınlar ki, ay kimlərinsə Azərbaycanda hüquqları tapdanıb. Hər şey yerin tutacaq. Hər şey gözəl olacaq, mən buna inanıram”.

Xalq artisti Birinci Avropa Oyunlarının açılış mərasimində təqdim olunan və Azərbaycan mədəniyyətini təbliğ edən səhnələrə baxdıqca ağladığını vurğulayıb: “Hər bayraq dalğalananda mən ağlayırdım. Özü də necə. Alim Qasımov xalça üstündə oxuyanda, Qobustan qayalarını göstərəndə, dənizə doğru gedən xanım, yanan insanı gördükcə üzümü bağlayıb hönkür-hönkür ağlayırdım. Bunu gördükcə və vətəndaşlığımı hiss etdikcə bu işin başında dayanan adamlara çox sağ ol deyirdim. Bu oyunların heç bir tərəfinə söz qoşmaq lazım deyil. Mən gördüyümə qiymət verirəm. Heç kim burnunu soxmasın. Bəzi insanlara səslənirəm, qulp qoymağa tələsməsinlər, götür-qoy etsinlər. Heç olmasa, başa düşün ki, bu ölkənin vətəndaşısınız”.

F.Kərimova qeyd edib ki, Avropa Oyunlarının belə möhtəşəm təşkil olunması Azərbaycanın başını bir daha ucaltdı: “Dilimizi də bir o qədər uzun elədi. Bu hadisələrin timsalında Avropa Məhkəməsi ermənilərə əməlli-başlı qapaz vurdular. Bunu yadınıza salın. Bunlar bilirsiniz nəyin hesabınadır? Azərbaycanın nüfuzunun hesabına. 10 ildir ki, Avropa Məhkəməsi bu işə baxmırdı...”

Xəbər lenti

DAHA ÇOX XƏBƏR