• USD 1,7369 0,00% EUR 1,8716 0,00%
    • GBP 2,1974 0,00% RUB 0,0274 0,00%

Elxan Süleymanov AŞPA-ya səsləndi: “İkili standartlı siyasətinizə dözə bilmirik”

  • Nida.az
  • 24 İyun 2015 01:30
  • 371 Baxış
Elxan Süleymanov AŞPA-ya səsləndi: “İkili standartlı siyasətinizə dözə bilmirik”

Strasburqda AŞPA Avropa Xalq Partiyası (EPP) qrupunun iclası keçirilib.

Publika.az-ın məlumatına görə, iclasda həmməruzəçilər Pedro Aqramunt və Tadeuş İvinski tərəfindən hazırlanmış Azərbaycanda demokratik institutların fəaliyyəti haqqında məruzə müzakirə olunub. Əsas müzakirələr Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş əraziləri ətrafında aparılıb.

İclasda Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Elxan Süleymanov çıxış edərək, təşkilatın Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına göstərdiyi laqeyd münasibətdən çox məyus olduğunu bildirib: “Siz bu çıxışınızla Avropa İnsan Haqları Məhkəməsinin 16 iyun 2015-ci il tarixli qərarını inkar edirsiniz. Məhkəmə öz qərarında Ermənistan hökumətinin Dağlıq Qarabağ və ətraf ərazilərə faktiki nəzarət etməsi faktını vurğulayır. Qərarda Dağlıq Qarabağda və ətraf rayonlarda baş verən insan hüquqları pozuntularına görə beynəlxalq hüquqi məsuliyyət Ermənistanın üzərinə düşməsi öz təsdiqini tapıb”.

Onun sözlərinə görə, məhkəmə bildirilir ki, “Ermənistan hərbi iştirakı vasitəsilə və hərbi avadanlıq və təcrübəni təmin etməklə, hələ ilk gündən Dağlıq Qarabağ münaqişəsində əhəmiyyətli dərəcədə rola malik olub: “Burada deyilir ki, Ermənistanın hərbi dəstəyi sözügedən ərazilərə nəzarət üçün həlledici olaraq qalıb. Siz öz çıxışınızla BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini, Avropa Parlamentinin 2005, 2010 və 2012-ci illərdə qəbul edilmiş qətnamələrini, AŞPA-nın 2005-ci il qətnaməsini inkar etmiş olursunuz. Siz nə qədər Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı həqiqətlərinə göz yumacaqsınız? Dağlıq Qarabağdan başqa ətraf 7 rayonun işğalına necə göz yummaq olar? ATƏT-in Minsk Qrupunun bu məsələ ilə məşğul olduğunu bildirirsiniz, onun fəaliyyətsizliyinə istinad edirsiniz.

Ukraynanın başına gələn və bəzilərinin də səbəbkarları olduğu fəlakətlərə görə Rusiyaya qarşı misli görünməmiş sanksiyalar tətbiq edirsiniz. Lakin işğalçı Ermənistanı müdafiə edirsiniz. Azərbaycan xalqı və mən ədalət tələb edirik. Mən açıq-aydın bəyan edirəm ki, Azərbaycan xalqı artıq sizin ikili standartlı siyasətinizə dözə bilmir. Biz təmsil olunduğumuz beynəlxalq qurumlarda təmsilçiliyimizi davam etdirməyə icazə vermir. Sizlərdən bəzilərinin Ermənistanı müdafiə məqsədilə debat qurmağınız və Ermənistanı müdafiə etməyiniz nə dərəcədə ədalətlidir?”

E.Süleymanov qeyd edib ki, məruzənin 1-ci bəndində “Assambleya Azərbaycanın xarici siyasi gündəminin böyük əksəriyyətinə hakim olan Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və digər yeddi rayonu barədə tam məlumatlıdır” ifadəsi ilə kifayətlənmək gülüncdür: “Bu Azərbaycan xalqına qarşı açıq-aşkar etinasızlıq və təhqirdir. Mən həmməruzəçilər Pedro Aqramuntdan, Tadeuş İvinskidən tələb edirəm ki, məruzədə Ukraynaya göstərilən səviyyədə Azərbaycana da dəstək göstərilməsi tələbi əks etdirilsin.

Bu gün siz Ermənistan tərəfinin Dağlıq Qarabağı və digər ətraf rayonları işğal etməsi faktını inkar edirsinizsə, onda mən təklif edirəm ki, ümumiyyətlə bütün üzv ölkələrin ərazilərindəki işğal faktlarının Assambleyada bir daha baxılmayacağına dair qərar qəbul edin. Sonda bir daha sizləri Ermənistan tərəfindən torpaqlarımızın işğalı ilə bağlı Azərbaycan xalqına qarşı ayrı-seçkiliyə, ədalətsizliyə və qərəzliliyə son qoymağa çağırıram”.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR