• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Rusiya İrəvana “İskəndər-M” raket komplekslərini satır - İDDİA

  • Nida.az
  • 2 İyul 2015 13:02
  • 1 396 Baxış
Rusiya İrəvana “İskəndər-M” raket komplekslərini satır - İDDİA

İrəvanın Baqramyan prospektində etiraz aksiyasının davam etdiyi bir vaxtda – iyunun 27-də Ermənistana gələn iqtisadi məsələlər üzrə Rusiya-Ermənistan hökumətlərarası komissiyanın həmsədri, Rusiyanın nəqliyyat naziri Maksim Sokolov İrəvanla bir neçə razılaşmaya nail oldu.

Razılaşmadan biri o idi ki, Rusiya Ermənistan ordusunun arsenalının müasir silahlarla təchiz etmək üçün 200 milyon dollar kredit verməyə razıdır. Ermənistan mediasının yazdığına görə, müasir silahların alınmasına xərclənəcək 200 milyon dollar ölkənin təhlükəsizlik səviyyəsini yüksəldəcək və regionda hərbi güc balansını bərpa edəcək. Nəşr regionda güc balansının Rusiyanın Azərbaycana silah satışı ilə Bakının xeyrinə dəyişdiyini xatırladıb.

Publika.az xəbər verir ki, Ermənistanın “Yamanak” nəşri İrəvana veriləcək 200 milyon dollarla hansı silahların alına biləcəyini yazıb.

Nəşrin Ermənistan Respublika Partiyasındakı mənbəyə istinadən yazdığına görə, Ermənistan güzəştli kreditlə Rusiya ordusunun arsenalındakı ən yaxşı silahlardan biri və kifayət qədər yüksək texniki xarakteristikaları olan “İsgəndər M” operativ-taktiki raket kompleksləri ala bilər. Nəşr xatırladır ki, bu gün Ermənistan parlamentinin növbədənkənar iclası olacaq. Ermənistan ordusunun Rusiyanın müasir silahları ilə təchizatı üçün 200 milyon dollar ölçüsündə güzəştli kreditin İrəvana verilməsi haqqında Rusiya-Ermənistan razılaşmasının təsdiqi məsələsi iclasın gündəliyinə salınıb.

Qeyd edək ki, “İsgəndər M” raketi Rusiya hərbi sənayesinin ən son yeniliklərindən biridir. Bu raketlər 500 kilometr məsafədən hədəfə 100 faiz dəqiqliklə zərbə endirir və nüvə başlığı da daşıya bilir. “İsgəndər M” raketlərinin əsas özəlliyi ondan ibarətdir ki, bu raketlər xüsusi uçuş trayektoriyasına malikdir və hələ dünyada mövcud olan heç bir raketdən müdafiə sistemi, o cümlədən İsrail və ABŞ-ın sərəncamında olan raketdən müdafiə sistemləri onu vura bilməz. Yaxın gələcəkdə də heç kimin belə raketdən müdafiə sisteminə malik olacağı gözlənilmir.

Bir neçə il bundan əvvəl Rusiya ABŞ-ın Avropada raketdən müdafiə sistemlərinin elementlərini yerləşdirmək planlarına cavab olaraq “İsgəndər M” raketlərini Kalininqrad vilayətinə yerləşdirib.

Müxtəlif təyinatlı döyüş başlıqları daşıya bilən “İsgəndər M” raketləri kvaziballistik, yəni manevrli hərəkət trayektoriyasına malikdir. Bütün uçuş boyu raket avtomatik olaraq aerodinamik və qazodinamik sükanlar vasitəsilə idarə olunur. “Stels” texnologiyası ilə hazırlanıb və radarlara yaxalanmır. Yer səthindən cəmi 50 metr hündürlükdə uçur və bu səbəbdən onu radarlarla aşkar etmək praktiki olaraq mümkün deyil.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR