Kremlin Qarabağ üçün YENİ PLANI, öldürücü HÜCUM… - HƏFTƏNİN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Kremlin Qarabağ üçün YENİ PLANI, öldürücü HÜCUM… - HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

Mayın 15-də Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatı ləğv olundu. Bu həftə Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində vəziyyət gərginləşib. Azərbaycanın raket zərbəsi ilə düşmənin “OSA” zenit-raket kompleksini məhv edib. Türkiyə prezidenti mayın 15-də ABŞ-a səfər edib. Rusiya post-sovet məkanında tanınmamış respublikaları birləşdirmək üçün “yeni MDB” ideyasının irəli sürüb. Həsən Ruhani İrana prezident seçkilərində qalib gəldi. Hərbi ekspert Donbasın azad edilməsi üçün “lokal müharibə” taktikasını təklif edib. ABŞ prezidenti Donald Trampın Yaxın Şərqə səfəri başlanıb.

Azərbaycan, Dağlıq Qarabağ

Azərbaycan mayın 16-da Ermənistanın “OSA” zenit-raket kompleksini məhv edib. Ermənistan tərəfi raket kompleksinin vurulduğunu təsdiq etsə də, heç bir itki vermədiklərini açıqlayıb.

Lakin erməni jurnalist Tevos Arşakyan Ermənistan Azərbaycanın raket zərbəsi ilə məhv edilən “OSA” zenit-raket kompleksində şəxsi heyətin də məhv edilməsi faktını gizlədiyini yazıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Mayın 15-də Moskvada Rusiya Ali Məhkəməsinin Plenumunda Ədliyyə Nazirliyinin iddiası əsasında Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi ilə bağlı məsələyə baxılıb.

Məhkəməsi ÜAK-ın qeydiyyatını ləğv edib. Azərbaycan-Rusiya əlaqələri, həmçinin, ÜAK-ın Rusiya cəmiyyətində tutduğu mövqe fonunda bu qərar təəssüf doğurmaya bilməz. Lakin məsələnin alt qatında nələrin baş verdiyi, bu oyunun arxasında kimlərin dayandığını da aydınlaşdırmaq vacibdir

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Mayın 11-də Türkiyə ilk dəfə uzaq mənzilli raketini sınaqdan keçirdi. Bu sınağın mayın 1-dən 5-dək Türkiyə ordusu ilə Azərbaycan ordusunun keçirdiyi birgə hərbi təlimlərdən sonraya təsadüf etməsi diqqət çəkdi. Daha əvvəl isə, 16-21 aprel tarixlərində Azərbaycan Ordusu 30 minlik şəxsi heyətin qatıldığı genişmiqyaslı təlimlər keçirmişdi.

Ermənistanın siyasi rəhbərliyi bütün bunların təsadüf olmadığını düşünür. “Armeninareport” saytı İrəvanın siyasi kulislərində və Ermənistanın hərbi rəhbərliyində ciddi narahatlığın yarandığını yazıb.

Sayt iddia edir ki, Azərbaycan və Türkiyənin regionda birgə hərəkət etməsi Dağlıq Qarabağ münaqişəsi ətrafında Ermənistanın arzulamadığı vəziyyətin yaranmasına işarədir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ Milli Kəşfiyyat Agentliyinin 2017-ci ildə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı proqnozu regionda yeni gərginliyin “müjdəçisi” oldu. Agentliyin direktoru Daniel Kouts Konqresə dünyada artan risklərlə bağlı təqdim etdiyi hesabatda yeni Qarabağ müharibəsindən xəbər verdi.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistanda birinci diversiya-kəşfiyyat dəstəsini komandiri Vova Vartanov ağılsızcasına Azərbaycanı yox etmək çağırışı edib. Ən maraqlısı isə o, bunun üçün Hitler kimi davranmağı və İŞİD-lə ittifaqa girmək təklifini irəli sürüb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistan ciddi siyasi dilemmalar qarşısında qalıb. ABŞ və Rusiya qarşıdurması düşmən ölkəni çıxılmaz vəziyyətə salıb. Rəsmi İrəvan Moskvanın nəzarətindədir, lakin Ermənistana böyük təsir imkanlarına malik olan erməni diasporu Vaşinqtona yaxındır.

Rusiya Gümrüdəki 102-ci hərbi bazasından Suriyadakı əməliyyatlar üçün istifadə etmək niyyətini açıqlayıb. Ermənistan bununla İŞİD-in hədəfinə çevrilə biləcəyindən qorxur.

Brüsseldə fəaliyyət göstərən “Avropa Siyasəti Mərkəzi”nin siyasi analitiki Amanda Pol hesab edir ki, Rusiya Gümrüdəki 102-ci hərbi bazadan Suriyadakı əməliyyatları üçün istifadə edəcək və İŞİD-in vuracaqsa, bu bütün regiona ciddi təhlükə yaradacaq.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistan ordusunda yüksək rütbəli zabitlərin istefaya göndərilməsi gözlənilir. Bu barədə “Joqovurd” qəzeti hərbi mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, buna səbəb son hadisələr, Ermənistan ordusunun verdiyi itkilərdir.

Qeyd edək ki, dünən Azərbaycan ordusu Ermənistan hərbi birləşmələrinə məxsus “OSA” zenit-raket kompleksini məhv edib. Bu, düşmən ölkədə hakimiyyətə qarşı etirazlara səbəb olub.

Erməni jurnalisti Sarqis Artsruni qeyd edir ki, Ermənistan yalnız Rusiyadan silah alır, Azərbaycan isə öz arsenalını ən müasir silahlarla gücləndirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Azərbaycan Qarabağın münaqişəsinin nizama salınması ilə bağlı Ermənistanın qarşısına son tələbini qoydu: sülh əvəzinə ərazilərin qaytarılması”. Bu barədə erməni jurnalist Naira Ayrumyan əldə etdiyi məlumatlara əsasən yazıb.

Erməni jurnalist Azərbaycan Ordusunun Ermənistana məxsus “OSO” zenit-raket kompleksini vurmasının İrəvanda ciddi narahatlıq yaratdığını deyib: “Son vaxtlar cəbhədə gərginlik artıb. Bakı İrəvan qarşısına şərt qoyub: əsgərlərinizin ölməsini istəmirsinizsə, rayonları qaytarın və qoşunları bölgədən çıxarın”.

N.Ayrumyan rəsmi İrəvanın Bakının tələbi qarşısında susduğunu bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistan ordusunda zabitlər əsgərləri öldürür, bir sözlə qırğın gedir”. Bu sözləri qətlə yetirilən 19 yaşlı Arsen Mxitaryanın valideynləri deyir. Ermənistan ordusunda intiharların, eləcə də əsgərlərin müəmmalı şəkildə ölməsi hallarının sayı getdikcə artır.

Qeyd edək ki, Ermənistan hakimiyyəti orduda itkilərin sayını gizlətməyə çalışır. Lakin dünən bu ölkənin “Johovurd” qəzeti 2017-ci ilin yanvar ayından indiyə qədər orduda 26 itkinin olduğunu yazıb.

Bu statistika ictimaiyyətə məlum olan informasiyalar əsasında hazırlanıb. Reallıqda isə itkilərin sayı daha çoxdur.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya post-sovet məkanında tanınmamış respublikaları birləşdirmək üçün “yeni MDB” ideyasının irəli sürüb. Bu ideyanı mayın 18-də separatçı “Luqansk xalq respublikası”nın rəhbəri İqor Plotnitski səsləndirib.

Lakin ekspertlər hesab edir ki, bu, Kremlin ideyasıdır. Dumanın MDB ilə işlər üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin də bildirib ki, bu ideya yeni deyil: “Rusiya 2000-ci illərdən başlayaraq, Abxaziya və Cənubi Osetiya ilə birlikdə bu ideya üzərində işləyirdi”.

Burada Azərbaycan üçün ən təhlükəli məqam işğal edilmiş Dağlıq Qarabağda yaradılan qondarma “DQR” rejiminin də “Yeni MDB” ittifaqına daxil olması ehtimalıdır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistan prezidenti Serj Sarkisyan mayın 18-də yeni çağırış parlamentinin üzvləri qarşısında çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsindən danışıb. Sarkisyan mövcud status-kvonu saxlamaq istəmədiklərini iddia edib.

O, Qarabağda mövcud status-kvonun yalnız hərtərəfli qərarla dəyişə biləcəyini qeyd edib. Sarkisyan Azərbaycanın beynəlxalq arenada apardığı siyasətdən də şikayətlənib. Qeyd edib ki, Ermənistan Azərbaycanın beynəlxalq arenada anti-erməni siyasətinə qarşı daha fəal işləməlidir.

Ermənistan hökuməti mayın 18-də istefaya göndərilib. Prezident Serj Sarkisyanın fərmanına əsasən, hökumət istefaya göndərilir, hazırki hökumət üzvləri yeni hökumət formalaşana qədər vəzifələrini davam etdirirlər. Hökumətin yeni tərkibi qarşıdakı bir ay ərzində formalaşacaq. Belə ki, prezident 10 gün ərzində yeni baş nazir təyin edəcək, yeni baş nazir isə 20 gün ərzində yeni hökumət quracaq.

“Ermənistan və Azərbaycan arasında müharibə ehtimalı böyükdür. Dağlıq Qarabağda vəziyyət kəskinləşəcəksə, bu, ötənilki kimi lokal olmayacaq və dövlətlərarası müharibəyə çevriləcək”. Bu ehtimalla gürcü ekspert Vaxtanq Maisaya Gürcüstanın “Rezonans” nəşrinə müsahibəsində çıxış edib.

Onun sözlərinə görə, müharibənin baş verməsində Ermənistan maraqlıdır: “Ermənistanı Moskva və İrəvan arasında imzalanmış hərbi müqavilələr motivasiya edir”.

Lakin ekspertə görə, müharibədə ən böyük marağı olan Rusiyadır. “Rusiya Cənubi Qafqazda öz döyüş hazırlığılnı gücəndirməyə cəhd edir. Təsadüfi deyil ki, abxaz dəmir yolu məsələsi gizli danışıqlar səviyyəsində davam edir. Abxaz dəmir yolunun bərpası Rusiyaya hərbi yüklərin daşınması üçün lazımdır. Rusiya Tsxinvalidə, Abxaziyada, eləcə də Ermənistanda hərbi kontingentini gücləndirir. Qafqaz Rusiyaya sonrakı genişlənmə üçün müharibə meydanı kimi lazımdır”.

Rusiyalı hərbi ekspert Aleksandr Xramçikin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirləri diqqət çəkir. Xramçik yeni müharibənin qaçılmaz olduğunu bildirib.

“Lakin bunun nə vaxt baş verəcəyini dəqiq demək çətindir. Müharibə illər sonra da başlaya bilər, yaxud iki gün sonra da”, - deyə o bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyə, Suriya münaqişəsi

Türkiyədə FETÖ istintaqı çərçivəsində axtarılan və ölkədən qaçmaq istəyərkən tutulan SAT komandosuna məxsus 3 hərbçinin ilk ifadələri məlum olub. Dünyanın ən yaxşı xüsusi təyinatlılarından sayılan SAT-ın komandoları İstanbul-Ədirnə avtomobil yolunda tutulub.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 15-də ABŞ-a səfər edib. Ərdoğanın həmkarı Donald Trampla görüşündən sonra ortaq mətbuat konfransı keçirib. Türk lider bu səfərin dönüş nöqtəsi olacağını bildirib: “YPG-nin müttəfiq seçilməsi qətiyyən uyğun deyil. FETÖ şəbəkəsi ilə bağlı gözləntilərimizi cənab prezidentə açıq şəkildə bildirəcəyəm. Regionumuzun gələcəyində terror qruplaşmalarına yer yoxdur".

Tramp da öz növbəsində Ərdoğanın səfərindən məmnun olduğunu deyib. Tramp PKK və İŞİD kimi terror qrupları ilə mübarizədə ABŞ-ın Türkiyəni dəstəklədiyini bildirib. Ərdoğan ABŞ-ı Yaxın Şərq regionunda əməkdaşlığa çağırıb və bunun bütün dünya üçün çox əhəmiyyətli olduğunu vurğulayıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla görüşdən sonra Türkiyənin Vaşinqtondakı səfirliyinin binasında jurnalistlərin suallarını cavablandırıb. Ərdoğan görüşün ən kritik məsələləri olan Suriya və PYD/YPG terror təşkilatı ilə əlaqədar açıqlamalar verib.

Ərdoğan ABŞ-ın müttəfiqlik öhdəliklərini yerinə yetirməyəcəyi halda, Suriyada Rusiya ilə işləməyə biləcəyinə ehyam vurub.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ YPG-yə verilən silahların Türkiyəyə qarşı istifadə olunmayacağına dair təminat verib. Bu haqda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Türkiyə nazir bildirib ki, Vaşinqtonun verdiyi təminata görə, YPG-yə verilən silahlar yalnız Rakka əməliyyatında istifadə ediləcək. Ankaraya həmçinin İŞİD-dən azad olunacaq Rakkanın ərəblərə təhvil veriləcəyi barədə təminat verilib.

Mövlud Çavuşoğlu ABŞ-dan silah alışına qoyulan məhdudiyyətlərin tamamilə aradan qaldırılacağını vurğulayıb.

Bununla belə Türkiyə prezidentinin Vaşinqtona səfərindən sonra Türkiyə ordusu hərəkətə keçib. Ərdoğan-Tramp görüşündə ABŞ-ın YPG-yə dəstəyi dayandırması ilə bağlı razılıq əldə olunmadı. Türkiyə prezidenti hər hansı hücuma sərt qarşılıq verəcəklərini açıqladı.

Daha sonra Türkiyə Silahlı Qüvvələri hərəkətə keçərək, Suriya və İraq sərhədinə qoşun və zirehli texnika yeritdi. Hərbi mənbələr Türkiyənin hər an müharibəyə başlaya biləcəyini hesab edirlər. 7 min türk xüsusi təyinatlısı Suriya sərhədində hücuma keçmək üçün hazır vəziyyətdə olduğu bildirilir.

Almaniya kansleri Angela Merkel alman millət vəkillərinin İncirlik hərbi hava bazasına buraxılmamasına reaksiya verib. Merkel alman əsgərlərinin İncirlikdən çıxarılacağını bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Almaniyanın xarici işlər naziri Siqmar Qabriel İncirlik böhranın pərdəarxasını izah edib. Vaşinqtona səfəri zamanı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində (CSIS) çıxışında İncirlik böhranının həlli üçün Türkiyənin irəli sürdüyü şərti açıqlayıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyənin hərbi kəşfiyyat mütəxəssisi, ehtiyatda olan general Fəxri Erenel deyib ki, Almaniyanın İncirlik hərbi hava bazasına alternativlərin axtarışı barədə bəyanatları siyasi blefdir. General fikrini sübut etmək üçün 4 səbəb göstərib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli Rusiyanı Suriya rejiminin dəhşətlərini tanımağa çağırıb. Diplomat bir gün əvvəl ABŞ Dövlət Departamentinin Suriya hakimiyyətinə yönəlik ittihamlarına istinad edib.

“Əsəd öz qəddarlığına görə əsas məsuliyyəti daşıyır. Amma onun müttəfiqləri Rusiya və İranın üzərinə də məsuliyyət düşür. Moskva və Tehran Əsədə insanları oğurlamağa və işgəncə verməyə, insanları məhkəməsiz öldürməyə və kimyəvi silah hücumları həyata keçirməyə icazə verir. Digər ölkələr Suriya rejiminin dəhşətlərini tanıyırlar. Rusiyanın bizə qoşulmaq vaxtı çatıb”, - Nikki Heylinin bəyanatında deyilir.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti dünən Bəşər Əsəd rejimini Dəməşq yaxınlığında hərbi həbsxanada krematori tikintisində ittiham edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Mayın 18-də Suriya dövlət televiziyası ABŞ-ın Suriyanın Tanf bölgəsi yaxınlığında Bəşər Əsəd rejiminə aid hərbi qüvvələri vurub.

Ukrayna, Donbas münaqişəsi

Ukraynanın xarici işlər naziri Pavel Klimkin Vaşinqton səfərinin nəticələri ilə bağlı TSN kanalına verdiyi müsahibəsində deyib ki, ABŞ prezidenti Donald Trampla yalnız “Rusiyaya təzyiq və sanksiyanın iqtisadi alətləri” müzakirə edilməyib. Onun sözlərinə görə, Vaşinqton Donbasla bağlı sonrakı addımları Berlin və Parislə uyğunlaşdıracaq.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Anti-terror gücləri Donbasın işğal edilmiş ərazilərinin azad edilməsi üçün tammiqyaslı hücuma keçə bilmir. Amma problemin həllinin başqa taktikası mövcuddur”. Bunu “Obozrevatel” nəşrinə şərhində hərbi ekspert Sergey Qrabskiy deyib. “Tammiqyaslı döyüş əməliyyatlarını keçirmək olmaz, amma lokal əməliyyatlar keçirmək, rəqibin əsas nöqtələrinə təzyiq göstərmək tamamilə mümkündür. NATO-da da bunu öyrənirlər”, - hərbi ekspert hesab edir.

Onun sözlərinə görə, bu taktika rəqibin müdafiəsini kifayət qədər zəiflədəcək.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ukrayna prezidenti Pyotr Poroşenko Rusiya Federasiyasına qarşı sanksiyaların genişləndirilməsi haqqında Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarını təsdiqləyib. Sanksiyaların genişləndirilmiş siyahısına 1228 fiziki və 468 hüquqi şəxs daxil edilib. Fərmanın əlavə hissəsində deyilir ki, sanksiyalar çərçivəsində həmçinin “Yandeks”, “Mail.ru”, həmçinin "Vkontakte” və "Odnoklasniki” sosial şəbəkələrinin fəaliyyəti Ukraynada qadağan edilib.

Rusiyanın Krımı anneksiya etməsi dünya üçün təhlükəli presedent yaradıb. Bunu “Obozrevatel” saytına açıqlamasında Krım Tatar Məclisinin sədr müavini İlmi Umerov söyləyib.

“Avropa və dünya anlamalıdır ki, 2014-cü ildə yaradılan bu proses bütün ölkələrə toxunacaq. Hər şeyi öz yerinə qaytarmaq vaxtı çatıb. Əgər dünya lazım olanı etməsə, yeni destabilizasiya ocaqları yaranacaq”, – deyə o bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Qlobal kiberhücum

Mayın 12-də 150-dən çox ölkədə 300 mindən çox kompüterə edilən hücumun arxasında Şimali Koreyanın olduğu ehtimal olunur. Bu ehtimalı “Google” şirkətinin təhlükəsizlik üzrə araşdırmaçı Neel Mehta irəli sürüb.

Onun fikrincə, yayılan “WannCry” virusunda “Lazarus Group” adlı bir haker qrupun istifadə etdiyi kod tapıb. Bu qrup Şimali Koreya hökumətinə bağlıdır.

Lakin mütəxəssis hesab edir ki, diqqəti Şimali Koreyaya yönləndirmək üçün “Lazarus Group”un kodunu bilərəkdən də virusa yerləşdirə bilərlər. Hazırda hücumun arxasında kimin dayandığı ilə bağlı araşdırmalar davam edir.

Qlobal kiberhücumların ikinci dalğası başlayacaq. Bunu jurnalisltlərə açıqlamasında Fransanın İnformasiya Sistemlərinin Təhlükəsizliyi üzrə Milli Agentliyinin rəhbəri Giyom Pupar söyləyib.

“Yaxın günlərdə və həftələrdə hücumların təkrarlanacağını müşahidə edəcəyik. Belə hücumlarla bağlı təcrübəyə sahibik və təəssüf ki, bunu ilk dəfədir ki, yaşamırıq. Hakerlər sistemlərin ən zəif yerlərindən yararlanırlar. Kiberxaos təhlükəsi hələlik yoxdur”, – deyə o bildirib.

Qeyd edək ki, mayın 12-də qlobal kiberhücum təşkil edilib. FTB kiberhücumun dünyanın 150 ölkəsinə qarşı təşkil olunduğunu bildirib.

Rusiya-ABŞ, Rusiya-Qərb münasibətləri

“Rusiyanı cəzalandırmasaq, vahid ölkə kimi qala bilməyəcəyik”. Bunu ABŞ Konqresinin respublikaçı senatoru Qrem Lindsi NBC telekanalının efirində deyib.

Senatorun sözlərinə görə, o, “min faiz” əmindir ki, Rusiya xüsusi xidmət orqanları Demokratlar Partiyasının qərargahı serverlərini və keçmiş dövlət katibi, prezidentliyə namizəd Hillari Klintonun elektron poçtunu qırıb.

Qrem qeyd edir ki, Amerika demokratiyasına təhdidin aradan qaldırılması üçün Rusiya cəzalandırmalıdır. O vurğulayıb ki, hakerlər seçkilərin nəticəsinə təsir edə bilməsə də, belə hərəkətləri cavabsız qoymaq olmaz.

Rusiya Silahlı Qüvvələrinin hərbi təminatı ABŞ-la tammiqyaslı hərbi münaqişə halında Amerika ordusuna qarşı dayanmağa imkan verməyəcək. Bunu ABŞ Müdafiə Nazirlyinin keçmiş əməkdaşı, CNA korporasiyasının elmi işçisi Mixail Kofman “Azadlıq” radiosuna müsahibəsində deyib.

O vurğulayıb ki, ABŞ az müddət ərzində Hərbi Dəniz Donanmasının köməyi ilə mayın 9-da Moskvada paradda nümayiş etdirilən Rusiyanın ən yeni hərbi texnikasını məhv edə bilər.

Amerikann NBC News telekanalı ABŞ prezidenti Donald Tramp və Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrovun danışığının detallarını aydınlaşdırıb. Telekanala danışan Ağ Evdəki mənbələrin məlumatına görə, mayın 10-da Ağ Evdə keçirilən görüşdə İŞİD terrorçularının təyyarənin içində terror aktını təşkil etmək planlarından söhbət gedib.

Vaşinqton bu informasiyanı İsrail kəşfiyyatından (MOSSAD) alıb. İsrail xüsusi xidmət orqanının əməkdaşı İŞİD-in içində işləyir. İŞİD-in içərisinə yerləşdirilmiş İsrail agenti terrorçuların planları haqqında Vaşinqtona məlumatlar verirdi. İndi o, ifşa olunma təhlükəsi ilə üz-üzədir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Moskva ABŞ Senatı və Konqresinə Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ prezident Donald Trampın danışıqlarının səs yazısını verməyə hazırdır. Bunu Rusiya prezidenti Vladimir Putin İtaliyanın xarici İşlər naziri Paolo Qentiloni ilə görüşün nəticələrinə həsr edilmiş mətbuat konfransında deyib.

Rusiya prezidenti Vladimir Putinin ən yaxın dostlarından biri olan Viktor Medvedçuk seçkiqabağı kampaniya zamanı Donald Trampın qərargahı ilə gizli danışıqlar aparırdı. Bu haqda mənbələrə istinadən “Röyters” agentliyi yazıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ prezidenti Donald Trampın seçki qərargahının Rusiya ilə ehtimal olunan əlaqələri yenidən gündəmin əsas mövzusuna çevrilir. “Röyters” agentliyi öz mənbələri istinadən ABŞ prezidentinin seçki kampaniyasını aparan məsləhətçilərin ən az 18 dəfə rusiyalı səlahiyyətlilər görüşdüyünü bildirib.

Danııqların mərkəzində isə Trampın milli təhlükəsizlik üzrə məsləhətçisi Maykl Flinn də var. Paytaxt Vaşinqtonda hazırda Trampın impiçmenti haqqıında artıq açıq şəkildə danışılır. Demokratlar Partiyasından olan konqresmenlər impiçment prosesinin başladılması üçün müraciət edə biləcəklərini elan ediblər. Ancaq əsl sürpriz Respublikaçılar Partiyasından gəldi. İlk dəfə bir respublikaçı konqresmen impiçment ehtimalını istisna etməyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Yaxın Şərq

ABŞ prezidenti Donald Tramp bu gün səfər etdiyi Səudiyyə Ərəbistanına səfər edib. “Washington Post” qəzeti Trampın Səudiyyə kralına “Ərəb NATO-su” planını təqdim edəcəyini yazıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ senatorları Qüdsün İsrailin paytaxtı kimi tanınması barədə qətnamənin müzakirəsinə başlayıblar. Qətnamə senatorlar Dino Heller, Lindsi Qrem, Ted Kruz və Mark Rubio tərəfindən hazırlanıb.

“ABŞ gərək Qüdsü həm de-yure, həm de-fakto İsrailin paytaxtı kimi tanısın. ABŞ-ın İsraildəki səfirliyi də həmçinin Qüdsə köçürülsün”, – qətnamədə bildirilib.

Qeyd edək ki, bu ilin fevralında ABŞ Prezidenti Donald Tramp da ölkənin səfirliyinin Qüdsə köçürüləcəyini açıqlamışdı.

Daha əvvəl ABŞ Dövlət Departamenti, Pentaqon və kəşfiyyatın ali rəhbərliyinin nümayəndələri Ağ Evi Amerikanın İsraildəki səfirliyini Qüdsə (Yerusəlim) daşımamağa çağırıblar. Ağ Evdəki mənbələr bildirir ki, Tramp hələ Qüds üzrə müəyyən qərara gəlməyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İranda dünən prezident seçkiləri keçirilib. İran prezidenti postu uğrunda dörd namizəd - hazırkı prezident Həsən Ruhani, ayətullah İbrahim Rəisi, sabiq vitse-prezident Mustafa Həşimi-Taba və mühafizəkar Mustafa Ağa Mirsəlim mübarizə aparıb.

Həsən Ruhaninin 57 faiz səs toplayıb. Prezidentliyə digər iddialı namizəd İbrahim Rəisi isə 38 faiz səslə məğlub olub.

Koreya böhranı

Dünyanı ABŞ-la nüvə müharibəsinin bir addımlığına gətirən Şimali Koreya son vaxtlar bir-birinin ardınca həyata keçirdiyi raket sınaqlarını paytaxt Pxenyanda təntənə ilə qeyd edib. “Hwasong-12” raketini hazırlayan qrup Pxenyanda minlərlə insan tərəfindən qarşılanıb.

Ölkənin ən uzun mənzilli raketi olan “Hwasong-12”-nin atışı mayın 14-də həyata keçirilib. Nüvə başlığı daşıya bilən raket 2 min 100 kilometr yüksəkliyə çataraq 787 kilometr məsafəni qət edib və Yaponiyanın qərb sahillərinə düşüb.

ABŞ-ın tanınmış "beyin mərkəzi" olan"Stratfor" Şimali Koreyanın atdığı raketlərin hansı ölkələri təhdid etdiyini göstərən yeni bir xəritə dərc edib. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) “kölgəsi” hesab olunan “Stratfor”un xəritəsinə görə, Şimali Koreyanın bir başqa uzunmənzilli raketi olan (8 min kilometr) “Taepodong 2” ilə Türkiyə, Almaniya, İngiltərə ilə birlikdə ABŞ-ın qərb ştatları vurula bilər. Raket üzərində iş hələ tamamlanmayıb. Şimali Koreyalı mühəndislər layihə üzərində işi davam etdirirlər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Vaşinqton Şimali Koreya və ABŞ arasında nüvə gərginliyini artıracaq yeni bir addım atır. “USS Carl Vinson”dan sonra “USS Ronald Reagan” təyyarədaşıyan gəmi də Koreya yarımadası sahillərində hərbi təlimlərə qatılacaq.

“USS Ronald Reagan” təyyarədaşıyan gəmisinin Koreya yarmadası sahillərinə göndərilməsi barədə qərar Şimali Koreyanın yeni raket sınağından sonra verilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm