Əsrin SAZİŞİ, Rusiyanı xilas edəcək MÜHARİBƏ... - GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Əsrin SAZİŞİ, Rusiyanı xilas edəcək MÜHARİBƏ... - GÜNÜN SİYASİ XÜLASƏSİ

Qüdsün İsrailin paytaxtı kimi tanınması üzrə ABŞ prezidentinin qərarından sonra yaranan gərginlik artmaqdadır. Bu gün Qüdsdə və İordan çayının qərb sahilində fələstinlilərlə İsrail təhlükəsizlik gücləri arasında toqquşmalar baş verib. Rza Zərrabın ABŞ-la əldə etdiyi 7 səhifəlik razılaşmanın detalları ortaya çıxıb. İsrail hakimiyyəti Qüdsdə 14 min yeni tikilinin inşasına başlanacağını elan edib. Vaşinqton Fələstin-İsrail probleminin həlli üçün “əsrin sazişi”ni bağlamaq istəyir.

“Dağlıq Qarabağ münaqişəsində birbaşa dialoq var, lakin təəssüf ki, bu, hələlik ciddi irəliləyişlə nəticələnmir”. Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Vyanda ATƏT-in Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu il ərzində Azərbaycan və Ermənistan prezidentlərinin bir, xarici işlər nazirlərinin isə bir neçə dəfə görüşü keçirilib.

“Bu dialoq pozitiv haldır. Biz amerikalı və fransalı həmkarlarla birlikdə kollektiv yanaşmanın olduğu istiqamətdə işləməyə davam edəcəyik. Bu sessiyada biz bunu bir daha təsdiq etdik. Verdiyimiz bəyanatda həll üçün nəzərdə tutulan əsas prinsiplər öz əksini tapıb. Tərəflər bunu qəbul edib, lakin hələ addım atılmayıb. Bu, asan məsələ deyil, amma bu istiqamətdə işləyəcəyik”, - deyə o bildirib.

ABŞ-ın İrana qarşı tətbiq etdiyi maliyyə sanksiyalarını pozmaqda ittiham edilən azərbaycanlı iş adamı Rza Zərrabın ABŞ-la əldə etdiyi 7 səhifəlik razılaşmanın detalları ortaya çıxıb.

Razılaşmanın detalları Nyu-York Vəkillər Bürosunun üzvü Kortan Toygar tərəfindən “Milliyyət” nəşrinə açıqlanıb. Vəkilin sözlərinə görə, Zərrab razılaşma çərçivəsində aşağıdakı ittihamları qəbul edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Qüdsün İsrailin paytaxtı kimi tanınması barədə ABŞ prezidenti Donald Trampın qərarı Vaşinqton üçün arzuolunmaz nəticələrə gətirib çıxara bilər”. Bu xəbərdarlığı ABŞ Konqresinin demokrat senatoru Şeldon Vitehuz edib.

Trampın qərarını sərt şəkildə tənqid edən senatorun sözlərinə görə, Qüdsün İsrailin paytaxtı kimi tanınması ABŞ-ın Türkiyə və Səudiyyə Ərəbistanı kimi ölkələrlə münasibətlərini poza bilər.

“Burada ən təhlükəli nöqtə Yaxın Şərqdə hərbi baxımdan hələ də asılı olduğumuz Türkiyə və bölgədəki ən yaxşı dostlarımızdan biri olduğu halda Ağ Evin əlaqələrdə davamlı şəkildə geriləməyə çalışdığı Səudiyyə Ərəbistanı ilə münasibətlərimizin pozulma ehtimalıdır. Türkiyə və Səudiyyə Ərəbistanı bu qərara etiraz olaraq bəzi addımlar atsa, ABŞ-ın bölgədəki təsir gücü zərər görə bilər”, - senator vurğulayıb.

ABŞ Prezidenti Donald Trampın Qüds qərarını qəbul etməyə onun ətrafı güclü təsir edib. Bu barədə məlumatı ABC televiziyası yayıb. Televiziya Trampa təsir edənlər sırasında xüsusilə vitse-prezidenti Maykl Pens və Respublikaçılar Partiyasının böyük maliyyə dəstəkçisi olan Şedlon Adelsonun yer aldığını bildirib.

Qeyd edək ki, Adelson hazırda rəsmi olaraq dünyanın ən varlı yəhudisi hesab edilir. 2014-cü ildə onun sərvəti 38 milyard dollar təşkil edib. Adelson Respublikaçılar Partiyasının daimi olaraq ən böyük donorlarından biridir. O, həmçinin, Buşun İraq siyasətinə və işğalına verdiyi dəstəyi ilə tanınır.

Adelsonun atası əslən Litvadan, anası isə Ukraynadan olan yəhudidir.

İsrail hakimiyyəti Qüdsdə 14 min yeni tikilinin inşasına başlanacağını elan edib. Məlumata görə, yeni tikiləcək 14 min binadan ən azı 6 mininin müsəlmanların məskunlaşdığı ərazilərdə salınacağı bildirilib.

İsrail Mənzil və İnşaat naziri Yoav Qolan tərəfindən təkmilləşdirilən layihənin bir parçası olaraq Qüdsün şimalında və Ramallahın kənarında 5 min ədəd, şərqi Qüdsdəki yəhudi məhəlləsi üçün isə min ədəd yeni mənzilin tikilməsi planlaşdırılıb.

Qüdsün İsrailin paytaxtı kimi tanınması barədə ABŞ prezidenti Donald Trampın qərarının arxasında amerikalı məşhur qumarxanalar şəbəkəsinin sahibi olan Şeldon Adelson dayanır.

Bu iddia ilə ABŞ-ın “Nyu-York Tayms” nəşri çıxış edib.

Nəşrin yazdığına görə, Tramp prezident seçkisi kampaniyası zamanı yəhudi lobbisinin liderlərinə Qüdsün İsrailin paytaxtı kimi tanıyacağına söz verib. “Nyu-York Tayms” Şeldon Adelson Trampdan belə bir vəd aldığını və bu vədi Amerika Sionist Təşkilatının prezidenti Morton Kleinə çatdırdığını yazıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Bu gün cümə namazından sonra İordan çayının qərb sahilində və Qüdsdə “Məscid-i Əqsa” ətrafında fələstinlilərlə İsrail təhlükəsizlik gücləri arasında qarşıdurma baş verib. “Anadolu” agentliyi xəbər verir ki, Qüdsün İsrailin paytaxtı kimi tanınması barədə ABŞ prezidenti Donald Trampın qərarına etiraz edən fələstinlilərə qarşı İsrail təhlükəsizlik gücləri əsl güllələr və gözyaşardıcı qazdan istifadə edib.

Aksiya iştirakçıları “Komandiri Məhəmməd olan bir ümmət baş əyməz!”, “Qorxaq Tramp!”, “Qüds ərəblərindir!”, “ABŞ-a ölüm!” və “İlan ABŞ!” kimi şüarları səsləndirərək ABŞ-ın dövlət bayrağı və Trampın şəklini yandırıblar.

Toqquşmalar nəticəsində ən azı 40 nəfərin yaralandığı xəbər verilir. Həkimlər yaralılardan birinin güllə yarası aldığını bildirib.

İsrail ordusu bir sıra yeni batalyonların “mümkün qarşıdurmalara hazırlıq” məqsədilə İordan çayının qərb sahilinə göndərildiyini açıqlayıb.

Qeyd edək ki, Trampın Qüdsü paytaxt kimi tanımasından sonra “Həmas” cümə gününü İsrailə qarşı Qəzəb Cüməsi elan edib. Hazırda İsrail və ABŞ-a qarşı etirazlar davam edir.

Vaşinqton Fələstin-İsrail probleminin həlli üçün “əsrin sazişi”ni bağlamaq istəyir. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sözlərinə görə, bunu ABŞ-ın dövlət katibi Reks Tillerson onun görüşündə bildirib.

“Dövlət Administrasiyasının başçısı bildirdi ki, ABŞ Fələstin-İsrail problemini birdəfəlik həll edəcək əsrin sazişini bağlamaq istəyir”, - Lavrov deyib.

ABŞ-ın Təl-Əvivdəki səfirliyinin Qüdsə köçürülməsi iki ildən tez baş tutmayacaq. Bu haqda ABŞ-ın dövlət katibi Reks Tillerson deyib.

ABŞ və Koreya Xalq Demokratik Respublikası (KXDR) arasında müharibə Rusiyanı biabırçılıqdan xilas edə bilər. Rusiya KİV-inin yazdığına görə, 2018-ci il Qış Olimpiya Oyunlarının Koreya yarımadasındakı münaqişə üzündən keçirilməməsi yüksək ehtimal kimi qiymətləndirilir.

Məsələ bundadır ki, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) dekabrın 6-da İsveçrənin Lozanna şəhərində keçirilən toplantısında qəbul etdiyi qərarla Rusiyanı 2018-ci il Qış Olimpiya Oyunlarından kənarlaşdırıb. Rusiyalı idmançılar dopinqdən istifadədə günahlandırılırlar. Onlar Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək beynəlxalq tədbirdə neytral bayraq altında çıxış edə biləcəklər.

Şimal qonşumuzda hesab edirlər ki, Koreya yarımadasında hərbi münaqişə başlayarsa, Rusiya biabırçılıqdan qaça biləcək. Hadisələrin belə ssenarisinin ehtimalı isə hər gün artır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm