Nida Xəbər
Kreml Azərbaycan torpağında atom bombası hazırladı və sınaqdan keçirtdi – ABŞ kəşfiyyatının MƏXFİ SƏNƏDİ
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) bir milyona yaxın
məxfi sənədi ictimaiyyətə açıqlayıb.
Publika.az xəbər verir ki, 2011-ci ildə məxfi şrifti açılan sənəddə
SSRİ-nin ilk atom bombasını Ermənistanda yaratdığı
deyilir.
“Atom zavodlarının tikilməsi üçün uyğun yer axtarılırdı. Uraldan
Qərbi Sibirə qədər bir neçə yerə baxış keçirildi. Lakin SSRİ-də
atom silahının yaradılması layihəsinə rəhbərlik edən Beriya
Ermənistanı seçdi”, - deyə sənəddə bildirilir.
CİA-nın məxfi məruzəsində qeyd olunur ki, atom silahının
yaradılması üzrə zavodun yerləşəcəyi yer kimi dəniz səviyyəsindən
2225 metr yüksəklikdə olan Sevan gölü (Azərbaycanın tarixi Göyçə
gölü-red) yaxınlığındakı ərazi seçildi.
Məruzədə o da bildirilir ki, zavodun burada inşasına səbəb Göyçə
gölünün tək qolu olan Zəngi çayı (Razdan) idi: “Çayda 1932-ci ildə
Su Elektrik Stansiyası inşa olunmuşdu, 1947-ci ildə stansiyanın
gücü 2 milyon kilovata çatdırıldı. Nüvə silahının yaradılması üzrə
zavodun inşasına 1947-ci ildə başlandı, 1948-ci ilin mayında
tikinti başa çatdı. İstehsal zonaları olaraq Alagöz (Ələyəz)
dağının şərq ətəkləri və altı mağara seçildi. Tikinti işlərində
Nasist Almaniyasının yeraltı obyektlərini inşa edən alman əsirləri
iştirak edirdilər”.
Məruzədə bildirilir ki, 1948-ci ilin yanvarında Ermənistan
ərazisindəki nüvə obyektlərinə uran Şərqi Almaniyanın Saksoniya
vilayətindən və Çexoslovakiyadan gətirilirdi: “1949-cu ilin
iyulunda birinci atom bombası hazırlanmışdı. Nüvə silahı Uralda
Maqnitorsk şəhərinin 100 kilometrliyində sınaqdan keçirildi.
1949-cu ilin sentyabrında rəsmi Vaşinqton və London SSRİ-nin nüvə
bombasının sınağını keçirməsi faktını təsdiqlədi”.
Məruzədə deyilir ki, nüvə bombasının hazırlanması işinə erməni
professor Arakelyan rəhbərlik edirdi.
Asif
-
Sosial16:22
Müavinət və təqaüd alanların nəzərinə!
-
Art15:55
Dəhşətli terrorda həlak oldu, "Təhminə və Zaur" üçün yazdığı... - Xalq artistinin acı həyat hekayəsi
-
Dəb15:16
Əməkdar artist italyan stili ilə diqqət mərkəzində - FOTO
-
Kriminal14:40
7 yaşlı uşağı öldürən məşqçiyə hökm oxundu
-
Sosial14:05
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı
-
Qoroskop13:26
Aprelin bəxtəvər 3 bürcü - Şans ayaqlarına gələcək
-
Dünya12:50
Yəhudilər Netanyahunu devirməlidir, yoxsa... - Sensasion açıqlama
-
İdman12:20
Onun ilk çılpaq fotosessiyanın pulunu Maradona ödəyib - FOTOLAR