DGK əməkdaşları şəhidləri anıb
Bizi izləyin

Nida Xəbər

DGK əməkdaşları şəhidləri anıb

Ümumxalq Hüzn Günündə 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər.

Dövlət Gömrük Komitəsinin əməkdaşları bu gün - Ümumxalq Hüzn Günündə 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər.

Komitədən Publika.az-a verilən məlumata görə, DGK kollektivi Şəhidlər xiyabanına gələrək şəhidlərin məzarlarını ziyarət edib, məzarlar üzərinə qərənfillər düzüb, şəhidlərin unudulmaz xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.

Qeyd olunub ki, 1990-cı ilin 20 Yanvar hadisələri Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub. Düz 27 il əvvəl doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından uzun illər keçməsinə baxmayaraq, xalqımız o dəhşətli günlərin ağrı-acısını unutmur. Azərbaycan xalqı hər il 20 Yanvar faciəsi qurbanlarının xatirəsini dərin ehtiramla yad edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm