Nida Xəbər
Azərbaycanın Gürcüstandakı səfiri etimadnaməsini prezidentə təqdim etdi - - FOTO
Gürcüstan Prezidenti Georgi Marqvelaşvili yanvarın 20-də Azərbaycanın bu ölkədə yeni təyin olunmuş səfiri Dursun Həsənovu qəbul edib.
Publika.az “Report”a istinadən xəbər verir ki, səfir Dursun Həsənov etimadnaməsini Prezident Georgi Marqvelaşviliyə təqdim edib.
Gürcüstan dövlətinin başçısı Dursun Həsənovu yeni təyinatı münasibəti ilə təbrik edib, ona diplomatik fəaliyyətində uğurlar arzulayıb.
D.Həsənov etimadnaməsini qəbul etdiyinə və səmimi qəbula görə təşəkkürünü bildirib, Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Gürcüstanın dövlət başçısına çatdırıb.
Səfir fəaliyyəti dövründə strateji tərəfdaş olan ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etdirilməsinə çalışacağını bildirib.
Georgi Marqvelaşvili ölkələrimiz arasında siyasi, iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb, regionda birgə həyata keçirdiyimiz energetika, nəqliyyat, ticarət layihələrinin əhəmiyyətindən danışıb, mədəni və turizm əlaqələrinin də inkişaf etdirilməsinin zəruriliyini bildirib.
Səfir Dursun Həsənov səmimi qəbuluna görə bir daha təşəkkürünü bildirib, əlaqələrin inkişafı istiqamətində səylərini artıracağını qeyd edib.
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi