20 Yanvar faciəsi Ukraynada belə qeyd olundu – FOTO/VİDEO
Bizi izləyin

Nida Xəbər

20 Yanvar faciəsi Ukraynada belə qeyd olundu – FOTO/VİDEO

20 Yanvar faciəsi Ukraynada belə qeyd olundu

Ukraynanın Dnepr şəhərində 20 Yanvar hadisələrinin 27-ci ildönümü qeyd olunub.

Publika.az xəbər verir ki, tədbirdə Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun sədri Hikmət Cavadov, Dnepropetrovsk Azərbaycanlılarının Birləşmiş İcmasının (DABİ) sədri Firuz İbrahimov iştirak edib. Tədbirə həmçinin, Kiyevden və Ukraynanın müxtəlif şəhərlərindən yüzlərlə soydaşımız qatılıb.

Mindən çox adamın iştirak etdiyi tədbirdə 20 yanvar şəhidləri yad edilib. Tədbir çərçivəsində həmçinin Donbasda həlak olmuş müxtəlif millətlərin nümayəndlərinin dəfn edildiyi məzarlar ziyarət olunub.

Azərbaycandan, başqa ölkələrdən və Ukraynanın bir çox şəhərlərindən olan qonaqların iştirakı ilə keçirilən tədbir, T.Şevçenko adına teatrın möhtəşəm zalında baş tutub.

Həmin gün şəhərin fərqli nöqtələrində soydaşlarımızın kompakt yaşadığı ərazilərdə və məsciddə ehsan mərasimləri təşkil olunub. Tədbirin bədii hisssəsində tarzen Şəhriyar İmanov ve Ukrayna incəsənət xadimləri iştirak ediblər.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm