Nida Xəbər
Deputat: "AŞ PA-nın Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarı ədalətsizdir"
Avropa Şurası Parlament Assambleyasının Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarı ədalətsizdir və demokratik dəyərlərə tamamilə ziddir.
Trend-in məlumatına görə, bunu millət vəkili Bəxtiyar Əliyev deyib.
Millət vəkilinin sözlərinə görə, qərar Türkiyənin aparıcı rolunu azaltmaq məqsədi daşıyır: "Türkiyə son 15 ildə çox böyük inkişafa nail olub. Avropa bu cür siyasi təzyiq vasitələrindən istifadə etməklə Türkiyənin həm Avropada, həm də şərqdə aparıcı rolunu kiçiltməyə çalışır. Eyni təzyiqlər Azərbaycana və digər müsəlman ölkələrinə qarşı da edilir".
B.Əliyev qeyd edib ki, AŞPA-nın bu qərarı təşkilatda islamofob meyillərin qalib gəldiyini, müsəlman ölkələrinə qarşı ikili standartlar siyasətinin yeni dalğasının başlandığını göstərir: "Bu cür təzyiq vasitəsilə öz şərtlərini qəbul etdirməyə çalışırlar. Bununla Avropa Şurası özü öz prinsiplərini sual altına qoymuş olur".
Qeyd edək ki, bu gün AŞ PA-da böyük əksəriyyət Türkiyənin Avropa Şurası qarşısında öhdəliklərinin monitorinqi proseduruna qaytarılmasına səs verib.
Qətnamədə deyilir ki, Assambleya Türkiyədəki hadisələrin monitorinqini möhkəmləndirmək və fəallaşdırmaq niyyətindədir.
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR