“Bununla Azərbaycan tarixi naliyyətə imza atdı” - Rauf Zeyni
Bizi izləyin

Nida Xəbər

“Bununla Azərbaycan tarixi naliyyətə imza atdı” - Rauf Zeyni

“IV İslam Həmrəyliyi Oyunları Azərbaycan idman tarixində yeni qızıl səhifə yaratdı. Ölkəmiz tarixi naliyyətə imza atdı”.

Bu sözləri Publika.az-a açıqlamasında Milli QHT Forumunun prezidenti Rauf Zeyni deyib.

Onun sözlərinə görə, istər açılış, istər bağlanış, istərsə də oyunlar müddətində Azərbaycandan dünyaya həmrəylik, dostluq mesajı verildi:

“Bu oyunların Azərbaycanda keçirilməsi bizim üçün önəmli tarixi hadisədir. Tolerant, multikultural dəyərlərə önəm verən bir ölkə kimi, həm də həmrəylik, idman, sağlamlıq mərkəzi olduğumuzu da dünyaya çatdırdıq. Hazırda dünyada müxtəlif məzhəblər, dinlərarası savaşın getdiyi bir vaxtda Azərbaycan həmrəyliyin tərəfdarı olduğu mesajını çatdırdı. Bu qələbənin xalqımıza böyük enerji, güc verdiyinə inanıram. Belə beynəlxalq tədbirlərdən aldığımız qüvvə, təşkilatçılıq qabiliyyəti, 8 mindən artıq könüllünün iştirakı, açılış, bağlanış mərasimlərində qədim şərq mədəniyyəti ənənələrinin dünyaya çatdırılması həqiqətən böyük naliyyət idi. Dünya dövlətlərini həmrəylik məsələsində Azərbaycanı örnək götürə bilər. Oyunlardan əvvəl Heydər Məscidində namazın qılınması islam dünyasına bir çağırış idi. İslam, şərq dəyərlərini, mədəni, mənəvi irsimizi açılış və bağlanış mərasimlərinə dünya ictimaiyyətinə nümayiş etdirdik. Həm ölkə başçısı cənab İlham Əliyev, həm də IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya Azərbaycan tarixinə yeni bir zəfər səhifəsi yazdıqlarına görə təbrik edirəm. Yarışları ölkəmizi birinciliklə bitirməsi də böyük bir naliyyətdir. Bu hissi bizə yaşatdıqlarına görə idmançılarımıza xüsusi təşəkkür edirəm”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm