"Onlar Azərbaycanda dini və məzhəb ayrı-seçkiliyi salmaq istəyirlər" - Allahşükür Paşazadə
Bizi izləyin

Nida Xəbər

"Onlar Azərbaycanda dini və məzhəb ayrı-seçkiliyi salmaq istəyirlər" - Allahşükür Paşazadə

Bəzi dövlətlər Azərbaycanda dini və məzhəb ayrı-seçkiliyi salmaq istəyirlər.

Publika.az xəbər verir ki, bunu “Təzəpir” məscidində bayram namazından sonra Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə deyib.

A.Paşazadə qeyd edib ki, bəzi dövlətlər Azərbaycanın daxili işinə qarışır, məzhəb ayrı-seçkiliyi, dini ayrı-seçkilik salmaq istəyirlər: "İnşallah, biz onların heç birinə imkan yaratmayacağıq. Çünki bizim dövlətimiz tolerant dövlətdir. Bu dövlətdə dindarlar üçün bütün şərait yaradılıb".

QMi sədri bildirib ki, Azərbaycanda bütün dinlərə münasibət eynidir: "Bu yaxınlarda Azərbaycan Prezidentinin sərəncamı ilə dini icmalara maliyyə yardımı göstərildi. Ayrı-seçkilik olmadan müsəlmanlara, xristianlara, yəhudilərə maliyyə yardımı edildi. Bu, Azərbaycanın dövlət rəhbərinin siyasətidir və bu siyasət öz bəhrəsini verir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm