Elxan Poluxov etimadnaməsini Braziliya prezidentinə təqdim etdi
Bizi izləyin

Nida Xəbər

Elxan Poluxov etimadnaməsini Braziliya prezidentinə təqdim etdi

Azərbaycan Respublikasının Braziliya Federativ Republikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Elxan Poluxov Etimadnaməsini Braziliya Federativ Respublikasının Prezidenti Mişel Temerə təqdim edib.

Azərbaycanın Braziliyadakı səfirliyindən Publika.az-a verilən məlumata görə, etimadnaməni təqdim etdikdən sonra, Səfri Elxan Poluxov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səmimi salamlarını Braziliya Prezidenti Mişel Temerə çatdıraraq Azərbaycan ilə Braziliya arasındakı yaxın dostluq münasibətləri müzakirə ediblər.

Mərasimin sonunda Səfir Elxan Poluxovla Braziliya Prezidenti Mişel Temer xatirə şəkili çəkdiriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm