Nida Xəbər
Ermənilər atəşkəsi 126 dəfə pozdu
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin
müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə
etməklə sutka ərzində atəşkəs rejimini 126 dəfə pozub.
Publika.az Müdafiə Nazirliyinin saytına istinadən
xəbər verir ki, Ermənistan ordusu Noyemberyan rayonu ərazisindəki
adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber, Paravakar
kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərindən Ağstafa
rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Qızılhacılı
kəndlərində; Berd rayonunun Mosesqex, Çinari, Ayqedzor kəndlərində
və adsız yüksəkliklərdə yerləşən mövqelərindən Tovuz rayonunun
Ağdam, Muncuqlu və Qaralar kəndlərində; Krasnoselsk rayonu
ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən Gədəbəy
rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən
mövqelərimizi atəşə tutub.
İşğalçılar Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt,
Yarımca, Ağdam rayonunun Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Cəvahirli,
Abdinli, Qaraqaşlı, Novruzlu, Mərzili, Xocavənd rayonunun
Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd,
Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz,
Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy,
Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız
yüksəkliklərdə yerləşən mövqelərindən də Azərbaycan Silahlı
Qüvvələrinin mövqelərini atəşə məruz qoyub.
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi