Nida Xəbər
Zakir Həsənov öncəbhədə əsgərlərlə - FOTOLAR
Müdafiə naziri ön xətdə yerləşən hərbi qulluqçularla görüşüb.
Nazirlikdən Publika.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən sentyabrın 1-də cəbhəboyu zonada yerləşən hərbi birliyə səfər edən Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti hərbi hissənin ərazisində ümummilli lider Heydər Əliyevin büstünü ziyarət edərək önünə gül dəstələri qoyublar.
Müdafiə Nazirliyinin rəhbərliyi düşmənlə bilavasitə üzbəüz səngərlərdə döyüş növbətçiliyi aparan hərbi qulluqçuları Qurban bayramı münasibətilə təbrik edib.
Əməliyyat şəraiti barədə məruzələri dinləyən Müdafiə naziri,
bölmələrin döyüş hazırlığı səviyyəsini və döyüş növbətçiliyinin
təşkilini yoxlayıb, qarşıda duran vəzifələri dəqiqləşdirib.
Sonra ön xətdə qurbanlar kəsilib, hərbi qulluqçulara bayram
sovqatları verilib, xidmətdə fərqlənənlər qiymətli hədiyyələrlə
mükafatlandırılıb və çay süfrəsi arxasında şəxsi heyətlə söhbət
aparılıb.
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR