Nida Xəbər
Bakıda Meksikanın milli bayramı qeyd edildi
Meksikanın Azərbaycandakı səfirliyi sentyabrın 15-də ölkənin milli bayramı - Müstəqillik gününü qeyd edib.
Bu münasibətlə keçirilən qəbulda əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib.
Sonra bu yaxınlarda Meksikada baş vermiş zəlzələ nəticəsində həlak olan insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Səfir Xuan Rodrigo Labardini Flores hadisə ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin Meksika xalqına və Prezident Penya Nietoya göndərdiyi başsağlığına görə təşəkkürünü bildirib.
Diplomat ölkələrimiz arasındakı münasibətin inkişaf etdiyini bildirib. O, Meksikadan gələn mütəxəssislərin Azərbaycanın neft sahəsində fəaliyyət göstərən təhsil ocaqlarında, tədqiqat müəssisələrində olduqlarının bildirib.
Səfir iki ölkə arasındakı ticari əlaqələrə də toxunaraq son üç ildə bu sahədə xeyli inkişafın əldə olunduğunu bildirib, gələcəkdə Meksika ilə Azərbaycan arasında ticarət dövriyyəsinin daha da artacağına inamını ifadə edib.
Diplomat ölkələrimiz arasında mədəniyyət və turizm sahələrində də əlaqələrin uğurla inkişaf etdiyini bildirib.
Azərbaycan Xarici İşlər Nazirliyinin idarə rəisi Anar Canəhmədov milli bayram münasibətilə Meksika xalqını təbrik edib. O, Azərbaycan-Meksika münasibətlərinin inkişafının əhəmiyyətini qeyd edib.
Meksika Senatında Xocalı soyqırımının tanınması ilə bağlı sənədin qəbul edildiyini xatırladan Anar Canəhmədov ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın daha da inkişafı üçün yaxşı perspektivlərin olduğunu vurğulayıb. (Azərtac)
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"