Mədət Quliyev: "Müəyyən sayda Azərbaycan vətəndaşı qara təbliğata inanıb İŞİD-ə qoşulub"
Bizi izləyin

Nida Xəbər

Mədət Quliyev: "Müəyyən sayda Azərbaycan vətəndaşı qara təbliğata inanıb İŞİD-ə qoşulub"

Son 5 il ərzində müəyyən sayda Azərbaycan vətəndaşları qara təbliğata inanıb İŞİD-ə qoşulublar. İnanıblar ki, yaxşı iş görüblər. Amma əslində bu cinayət işidir.

Publika.az Trend-ə istinadən bildirir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev deyib.

M.Quliyev bildirib ki, 900-ə yaxın azərbaycanlı İŞİD-ə qoşulmuşdu: "Onlardan 85-i hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və pentensiar xidmətdədirlər. 195 nəfər Azərbaycan vətəndaşlığı hüququndan məhrum edilib, bir çoxu isə döyüş zamanı həlak olub. İraqda Azərbaycan vətəndaşlarının kütləvi olduğu yerdə 300-ə yaxın azərbaycanlı məhv edilib. Əməkdaşlarımız hazırda İraqdadırlar və araşdırırıq ki, bu məlumat düz və ya səhvdir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm