Millət vəkili: "Türkiyəli deputatların biganə münasibəti Azərbaycan xalqında narahatlıq yaradıb”
Bizi izləyin

Nida Xəbər

Millət vəkili: "Türkiyəli deputatların biganə münasibəti Azərbaycan xalqında narahatlıq yaradıb”

“25 ildir 1 milyondan artıq insanın yaşadıqlarını heçə sayıb, hələ də dünyaya yalan püskürən bir millətin tərəfini saxlamaq… Ayıbdır. Bu nə deməkdir? İllərdir Azərbaycan özünün ən ağır dərdi olan Qarabağla, işğal altında olan digər ərazilərlə bağlı həqiqətləri dünyaya çatdırmaq üçün çalışır. Belə bir şəraitdə "qardaş" dediyimiz şəxslərin işğalçı rejimə dəstək durmaları, onların lehinə açıqlamlar, müsahibələr vermələri faciədir. Bəzi türkiyəli millət vəkilləri Avropa Şurasında əleyhimizə səs verirlər, özlərini "aydın" adlandıran bəzi Türkiyə vətəndaşları işğal altında olan torpaqlarımıza qanunsuz səfər edirlər... Heç çıxıb izah edən, açıqlama verən də yoxdur ki, bilək, görək nə məsələdir. Bu qədər biganəlik olmaz”.

Bu sözləri Publika.az-a millət vəkili Flora Qasımova deyib.

O bildirib ki, hazırkı Türkiyə iqtidarının məsələyə biganə münasibəti Azərbaycan xalqında narahatlıq yaradıb:

"Türkiyə Azərbaycanın qondarma erməni soyqrımına qarşı apardığı mübarizəyə beləmi dəstək olur? Bəs niyə hər zaman deyirik ki, bir millət, iki dövlətik, dostuq, qardaşıq? Hər zaman Türkiyənin birinci dəstəkçisi Azərbaycan olub. Hər zaman, hər yerdə ermənilərin yalan və əsassız ərazi iddialarını ifşa etdiyimiz halda işğalşı rejimə dəstək vermək nə deməkdir? Bunu ümumiyyətlə Türk xalqına aid eləmək istəmirəm. Amma o dörd şəxsin bu addımı əsl türkə yaraşmayan hərəkətdir. Belə bir mövzuda bu qədər vaxt ərzində heç bir addım atmamaq əlbəttə ki, Azərbaycan ictimaiyyətini narahat edir. Ən azından mövzuya bir açıqlama verilməlidir, səbəbləri araşdırılmalıdır. Bəlkə elə həmin adamlar pulla alınan vətən xainləridir? Bu məsələnin həllinin yubadılması Azərbaycan-Türkiyə münasibətlərinə mənfi təsir göstərə bilər. Türkiyə tutduğu mövqeni mütləq izah etməlidir”.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm