Novruz Məmmədov: “Sarkisyan yenə də sözünün üstündə durmadı”
Bizi izləyin

Nida Xəbər

Novruz Məmmədov: “Sarkisyan yenə də sözünün üstündə durmadı”

“Təəssüflər olsun ki, S.Sarkisyan yenə öz ampluasındadır. Adətinə uyğun olaraq danışıqlar zamanı əldə olunan razılaşmanı pozmağı özünə şərəf sayır”.

Publika.az bildirir ki, bu sözləri Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi, Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov rəsmi Feysbuk səhifəsində yazıb.

Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədə Dağlıq Qarabağ münaqişəsinin müzakirəsinə toxunan Novruz Məmmədov həmçinin qeyd edib ki, qərara alındığına görə, razılaşdırılmış məqamlardan əlavə hələlik heç bir bəyanat verilməməli idi.

“Amma Sarkisyan bunu etdi. Söz versə də, yenə də sözünün üstündə durmadı. Heç olmasa həmsədrlərdən və ATƏT-in nümayəndəsindən utanardı. Görünür, danışıqları pozmaq niyyətindən əl çəkmək istəmir.

Lakin o bilir və unutmamalıdır ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və belə də qalacaq. Sarkisyanın planı nə onun vaxtında, nə də ondan sonra gələnlərin vaxtında reallaşmayacaq. Nə qədər himayədarlarına quyruq bulasa da, yuxusu çin olmayacaq. Sadəcə olaraq, deyəsən, onun məqsədi, Ermənistanda yaşayanları daim təşviş və zillət içərisində saxlamaqdır. Nə olar, qoy çalışsın”, - deyə N.Məmmədov bildirib.

Zaur H.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm