Azərbaycan Prezidenti və NATO baş katibindən Qarabağ AÇIQLAMALARI
Bizi izləyin

Nida Xəbər

Azərbaycan Prezidenti və NATO baş katibindən Qarabağ AÇIQLAMALARI

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberqlə görüşüb.

Publika.az
xəbər verir ki, NATO-nun baş katibi Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsinin narahatlıq yaratdığını bildirib.

Stoltenberq Azərbaycan və NATO arasında uzun illər ərzində demokratik dəyərlərə söykənən münasibətlərin olduğunu, tərəflərin enerji təhlükəsizliyi kimi müxtəlif sahələrdə əməkdaşlıq etdiyini xatırladıb.

“Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi narahatlıq doğurur”, - deyə baş katib vurğulayıb.

NATO-nun bu münaqişənin həllində birbaşa iştirak etmədiyini qeyd edən Stoltenberq əlavə edib ki, problemin hərbi yolla həlli yoxdur: “NATO Minsk qrupunun fəaliyyətinə dəstək verir. Problemin həlli üçün tərəflər anlaşaraq yol tapmağa çalışmalı və gərginliyin artmaması üçün addımlar atmalıdır”.

Azərbaycan Prezidenti İlham Əliyev NATO baş katibi ilə regional təhlükəsizliyi müzakirə etdiklərini açıqlayıb.

“Regional təhlükəsizliyə ən böyük təhdid Ermənistan və Azərbaycan arasında həll edilməmiş Qarabağ problemidir. Azərbaycan torpaqları uzun illərdir Ermənistanın işğalındadır. 1 milyondan artıq Azərbaycan vətəndaşı qaçqın vəziyyətində yaşayır. Azərbaycan xalqına qarşı etnik təmizləmə həyata keçirildi. Təəssüf ki, bu gün də vəziyyət dəyişmir. Ermənistan mövcud vəziyyəti saxlamaq istəyir”, - deyə dövlət başçısı vurğulayıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm