Bakıda türk bayraqları endiriləcək
Bizi izləyin

Nida Xəbər

Bakıda türk bayraqları endiriləcək

Yanvarın 19-dan 20-nə keçən gecə Bakıda türk bayraqları yarıya qədər endiriləcək.

Bu barədə Publika.az-a Türkiyənin Azərbaycandakı səfirliyinin media müşavirliyindən məlumat verilib.

Səfirliyin məlumatında qeyd olunur ki, Azərbaycanın azadlığı və istiqlaliyyatı uğrunda mübarizənin dönüş nöqtəsi olan 1990-cı il 20 Yanvar qətliamı heç vaxt unudulmayacaq.

“Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir. 28 il öncə canlarını fəda edən şəhidlərimizi rəhmətlə yad edirik, bu kədərli gündə qardaş Azərbaycanın kədərini bölüşürük. 20 Yanvar Milli Matəm günü münasibətilə yanvarın 19-dan 20-nə keçən gecə Türkiyə səfirliyinin binasında, Naxçıvan və Gəncədə baş konsulluq binalarında və Türkiyə Şəhidliyində bayraqlar yarıya qədər endiriləcək”, - deyə açıqlamada bildirilir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm