Səfir: "Hindistan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli üzrə danışıqları dəstəkləyir"
Bizi izləyin

Nida Xəbər

Səfir: "Hindistan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli üzrə danışıqları dəstəkləyir"

Hindistan ATƏT-in Minsk qrupunun vasitəçilik etdiyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqları dəstəkləyir.

Publika.az xəbər verir ki, bu barədə Trend-ə Hindistanın ölkəmizdəki səfiri Sancay Rana bildirib.

S.Rananın sözlərinə görə, sülh danışıqları belə münaqişələrin həlli üçün ən doğru yoldur:

Səfir bildirib: "Biz tərəflər arasında ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqları dəstəkləyirik. Hindistan hər zaman ərazi bütövlüyü və suverenlik prinsiplərini dəstəkləyib".

Diplomat ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin həll olunacağına və regionda sülhün hökm sürəcəyinə ümid etdiyini vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm